"SAB" daha bir uğura - İMZA ATIB

Bildiyiniz kimi, hazırda Azərbaycanın ət və ət məhsulları bazarında müxtəlif adda və çeşiddə kolbasa və sosislər istehsal olunur.
Son zamanlar isə kolbasa və sosislərin halal olub-olmaması ilə bağlı müxtəlif ziddiyyətli fikirlər ölkə gündəmində səsləndirilir. Belə ki, halal kolbasa və sosislərin hazırlanması zamanı lazım olan ətin haradan gətirilməsi, Azərbaycanda bu standartlara uyğun fəaliyyət göstərən şirkətlərin olub-olmaması əhali arasında müəyyən mənada şübhə və çaşqınlıq yaradır.
Bu məqsədlə bildiririk ki, hələ 1998-ci ildə fəaliyyətə başlayan və ölkəmizdə ət və ət məhsulları sektorunun lider şirkəti kimi sağlamlıq, halallıq, dad və yenilik qaynağına çevrilən "SAB" (Zəhmət-Ruzi MMC) Azərbaycanda ilk dəfə halal ət məhsulları istehsal etməyə başlayan qida şirkəti olmuşdur. Xüsusilə də qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanda ilk dəfə olaraq, islamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlandığına görə "SAB" ticarət nişanlı məhsulların keyfiyyətinə təminat vermişdir. Qeyd edək ki, müasir texnoloji inkişafa uyğun olaraq gigiyenik, keyfiyyətli və dadlı məhsullar istehsal edən "SAB" məhz, keyfiyyət meyarlarına və halal kəsim standartlarına cavab verən dana və toyuq ətindən istifadə edir. İstehsalında istifadə olunan bütün ət növlərini baytar həkimlərin nəzarəti altında halal kəsim sertifikatı ilə şirkətin gigiyenik, müasir, o cümlədən islam qaydalarına uyğun olan kəsimxanalarından təmin edir.
Məlumat üçün bildirməliyik ki, Azərbaycanda təhlükəsiz qida sahəsində "Platinium" nişanına layiq görülmüş "SAB" daha bir uğura imza atdı. Belə ki, məhz Beynəlxalq Birləşmiş Halallığı Yoxlama Testlərinin Qiymətləndirmə Mərkəzi (UHİTAC) tərəfindən "SAB" məhsullarının Halallıq standartlarına uyğun olması və İslam qaydalarının bütün tələblərinə cavab verməsi ilə əlaqədar beynəlxalq Halallıq Sertifikatı ilə təltif edilib. UHITAC heç bir maraq və ya gözlənti olmadan beynəlxalq standartlara uyğun müstəqil, qərəzsiz qlobal halal sertifikatlaşdırma mərkəzidir və İslam Palatasının Araşdırma və İnformasiya Mərkəzinin rəsmi nümayəndəsidir. 2008-ci ildən milli və beynəlxalq arenada fəaliyyət göstərən şirkət Türkiyə, Azərbaycan, Kipr və bəzi Balkan ölkələrindəki şirkətlərin məhsullarının halallıq yoxlamalarını həyata keçirir və eyni zamanda sertifikatlaşdırır. Əlavə olaraq da qeyd edək ki, "SAB" eyni zamanda milli Halallıq sertifikatı ilə də təltif edilmişdir. Azərbaycanda ilk halal məhsulların və xidmətlərin sertifikatlaşdırma xidmətini göstərən Halal Kontrol Qrup mərkəzi "SAB"da beynalxalq halal qida standartlarına uyğun sistemlərin qurulması, halal qida qatqılarından istifadə edilməsi, habelə halal xammaldan istifadə edilməsi ilə bağlı yoxlamalar həyata keçirdikdən sonra seçilmiş məhsulların halallığının isbatı olaraq Halallıq Sertifikatı təqdim edilmişdir.
"Halallıq və təbii dad istehlakçılara təqdim etdiyimiz əsas dəyərlərimizdir. Biz bu dəyərlərə uyğun istehsal edirik və istehlakçılarımıza təqdim edirik.
Biz xammalın keyfiyyətindən tutmuş gigiyenaya, ekoloji-təmizliyindən dadına kimi istehsalın bütün mərhələlərində böyük diqqətlə işləyirik.
Nəticə etibarı ilə biz istehlakçılara ekoloji-təmiz, sağlam, təbii və halal ləzzətlər təqdim etməkdən çox məmnunuq. Hər gün böyüyən istehsal və satış şəbəkəmizlə istehlakçılara sağlam, halal və təbii məhsullar təqdim etmək üçün yeni və sürətli yollar axtarırıq."        
        Elnur Badalov
        Zəhmət-Ruzi MMC-nin (SAB)                                                                                                                           Baş İcraçı Direktoru                                                                                                                                / fed.az

Biznes     Tarix: 16 oktyabr 2023

Oxşar xəbərlər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler leobank kart bu gunun xeberleri bitkoin almaq 1000 manatla biznes