Sabah güclü külək əsəcək, leysan yağacaq - HAVA PROQNOZU
Sentyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən azxeber.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Sentyabrın 6-da Abşeron çimərliklərində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 5-6-da Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda havanın temperaturunun tədricən xeyli aşağı enməsi və iqlim normasına yaxınlaşması meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
1000 manatla hansı biznesi qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Start-up nədir?