"Sahibkarlarla iftar süfrəsi" adlı tədbir baş tutub - FOTOLAR
14 mart tarixində Kiçik və Orta biznesin İnkişafı Agentliyi, Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı ilə "Fairmont Baku"da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın iştirak etdiyi "Sahibkarlarla iftar süfrəsi" adlı tədbir baş tutub.
FED.az xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri də iştirak ediblər.
Tədbir KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun açılış nitqi ilə başlayıb. O, öz çıxışında ilk əvvəl Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. Daha sonra sahibkarlığın sürətli inkişafını, bu tip tədbirlərin mahiyyətini və böyük bizneslərin formalaşmasını təmin edən KOBİA-nın kiçik və orta bizneslər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəliklərini vurğulayıb.
Növbəti çıxış üçün söz İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayevə verilib. O, çıxışı zamanı iştirakçıları salamlayıb, artıq 500-dən çox geniş fəaliyyət istiqamətlərinə malik şirkətləri özündə cəmləşdirən Marsol Group-un gələcək fəaliyyətləri və layihələri haqqında məlumat verib.
Tədbirin davamında Marsol Group-un həyata keçirdiyi bir sıra yeniliklər və fəaliyyətlər haqqında videolar izlənilib. Belə ki, 24-26 iyun tarixlərində baş tutacaq "5. Yerli Şirkətlərin Tanıtım Sərgisi" və səmərəli biznes əlaqələri qurma imkanını hədəfləyən, "Marsol+" mobil tətbiqinin videosu təqdim olunub. Bununla yanaşı İCMA-nın fəaliyyətini əks etdirən video çarx da təqdim edilib.
Tədbirin təşkil olunmasında dəstək göstərən "Gültekin Logistics", Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası – ATİA, "Şəki Tütün Fabriki", "Concrete Bureau", "Tuna" QSC, "Golden Rose Group" və "S-ENNA" şirkətləri plaketlə təltif olunub.
Görüş səmimi mühitdə partnyorlarımıza yeni tanışlıqlar və dostluq münasibətlərinə imkan yaradıb, netvörkinq əlaqələrini genişləndirməsinə vasitəçi olub. Həmçinin iştirakçılar dövlət qurumu nümayəndələri ilə də həmsöhbət olmaq imkanı əldə ediblər.
Fəaliyyətimiz müddətində yanımızda olan partnyorlarımıza və dövlət qurumlarına yeni layihələr və yeni ideyalarla görüşmək ümidi ilə təşəkkürümüzü bildiririk!

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?