Şamaxıda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər tutuldu
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayon ərazisində silsilə oğurluq hadisələri törədən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə yeddi nəfər tutularaq istintaqa cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində qaz borularının, dəmir elektrik dirəkləri və naqillərin oğurlanması ilə bağlı polis şöbəsinə aidiyyəti qurumlar tərəfindən müraciətlər daxil olub. Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxslər tərəfindən törədildiyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri, əvvəllər məhkum edilmişlər - Famil Hümbətov, Tural Daşdəmirov və Fərid Atakişiyev tutularaq istintaqa təhvil veriliblər. Həmin şəxslər ifadələrində törətdikləri əməlləri etiraf ediblər.
Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şamaxı rayon sakinləri – əvvəllər də törətdiyi cinayətə görə elektron qolbaq taxılmış İmran Şıxalıyev, Tərlan Atakişiyev, Natiq Behruzi, eləcə də Göyçay sakini Pərviz Abdullayev tutulublar. Onların hər birindən ayrı-ayrılıqda heroin və metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dünyanın ən zəngin idmançıları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Biznes təlimlər və tədris üsulları
McDonalds haqqında maraqlı faktlar