Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı
Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib.
azxeber.com "qaynarinfo"ya istinadən xəbər verir ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov "Abşeron" gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, avqustun 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə "Azərterminalkompleks" İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.
Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.
Eyni zamanda, S.Mehdiyevin kadrlarından olan Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov da avqustun 5-də təqaüdə göndərilib.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
SWIFT nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
McDonalds haqqında maraqlı faktlar