"Сəmiyyətdə laxlayan ailə-övlad təməl dəyərlərinin bərpasına ciddi nəzarət olunmalıdır" - ƏTRAFLI

Son illər uşaq ölümünə, daha doğrusu öldürülmə hallarına tez-tez təsadüf olunur. Öldürülmə halları ilə yanaşı, yeniyetməlik yaşına belə çatmayan uşaqların intihar xəbərləri çox üzücüdür. Əsasən əyalətlərdə baş verən bu intiharlar gündəmdə bir-iki gün işıqlandırılır və unudulur. Səbəblər isə yetərincə araşdırılmır, araşdırılırsa belə cəmiyyət məlumatlandırılmır.
Doqquz, on bir, on üç yaşlı uşağı intihara nə vadar edə bilər? İntiharın "çıxış yolu" olduğunu kimdən, hardan və necə öyrənirlər?
Səbəbin kökündə adətən ailə və çevrə faktorunun dayandığını bilirik. Uşaqların özünüqoruma instinktləri onları bu addıma sövq edir. Ailədən, doğmalardan, məktəbdən ala bilmədikləri dəstək, güvən, sevgi hissinin boşluğundan yaranan çarəsizlik çox zaman intihara vadar edir.
Əlbəttə, sadaladığımız məsələnin görünən və şüurlu olan hər kəsin anlayacağı tərəfidir. Alt qatlarda nə olduğu isə dərin bir araşdırmaya ehtiyac olan məsələdir. Bu da bilavasitə dövlətin aidiyyatlı qurumlarının öhdəsinə düşən ən vacib məsələlərdəndir. Lakin, bu kimi problemlərlə bağlı dövlət qurumları, ailə-uşaq komitələri nə kimi tədbir görür, üstəlik bu tədbirlər fayda verirmi? Nəticə göz qabağındadır…
Yaşadığımız son dönəmlər uşaq cinayətləri o qədər çox və müxtəlifdir ki, hər birinə yer ayırmaq uzun zaman və zəhmət tələb edir. Gözəgörünən səbəblər isə, bilavasitə ölkə daxilində baş alıb gedən sosial-iqtisadi problemlər (uşaqlardan biri məhz məktəb forması alınmadığına görə intihar etmişdi), qanun boşluqları, uşaqlarla bağlı cinayətlərin yetərincə araşdırılıb cəmiyyətə təqdim olunmaması və ya yüngül cəzalandırma ilə kifayətlənmə (Elina və Nərmin cinayətləri), valideynsiz uşaqlara sahiblənmə əksikliyi, tək valideynli ailələrə dövlət qayğısının yetərsizliyi və saydıqca bitməyən daha nələrsə.
Və ən dəhşətlisi cinsəl təcavüzlərin artmasıdır. Bu tip təcavüzlər bir uşağın paklıq, məsumluq dəyərini kökündən sarsıdan, ömürlük yaddaşına həkk olunan, acı iz buraxan ən böyük günah, ən çirkin olaydır.
Uşaq sığınacaqlarında atası, əmisi, qardaşı və digər yaxın insanlar tərəfindən təcavüzə məruz qalan 8-16 yaş aralığında olan qızlar, onların qorxaq, məyus və sanki günahkar baxışları uzun müddət unudulmur. Hələ yayın istisində papaqlı gödəkçəsini əynindən çıxartmaq istəməyən 8 yaşlı qızcığaz… Onunla məşğul olan psixoloq deyir ki, gödəkçə ilə qız özünü qoruduğunu, bəlkə də gizlətdiyini düşünür.
Elə bir neçə ay öncə atalığından hamilə qalan 11 yaşlı qız. Cinayət o qədər ağırdır ki, sözlə ifadəsi yetərsiz qalır. Bir uşağın ömürlük sevincinin, güvəninin, ümumiyyətlə insanlığa inamının vəhşicəsinə məhv edilməsi ən ağır cəzanın belə onun qarşısında aciz qalmasıdır.
Məsələnin digər tərəfi isə bu tip hadisələrə əxlaqı, zehni, ruhu şikəst olan qadınların "ər qoruyucu" rolunda oyunlarının ictimai qınağdan yetərincə faydalanmamasıdır.
Yenə bir neçə ay öncə 4 yaşlı uşağın atası tərəfindən qətli, cəmiyyətin çürük hissələrinin böyüyərək genişlənməsini bir daha bizə göstərdi. Cinayətin ilkin təfərrüatını çoxumuz bilirik. Ata və ya ananın tüfeyli həyatının qurbanı olan yüzlərlə uşaqlar var. Və nəhayət son olay, ananın bir yaşlı körpəsini zəhərləməsi psixoloji pozuntu ilə yanaşı, mənəviyyat-insanlıq pozuntusudur. Azərbaycan ailə institutlarının həyəcan təbili çalma vaxtı çoxdan çatıb. Hətta kifayət qədər yubanıblar.
Bu kimi ailələrə nəzarətin yetərli olmaması, uşaqların lazım gələrsə himayə və ya qəyyumluğa verilməsi məsələləri lazımi səviyyədə aparılmadığından ailə tərbiyəsindən, təhsildən, normal sosial əhatədən məhrum olunan da məhz uşaqlardır.
İlkin olaraq bu sahələr üzrə dövlət idarələri, ictimai təşkilatlar, digər səlahiyyətli qurumlar məsuliyyətin onların üzərində olduqlarını dərk edərək cəmiyyətin laxlayan ailə-övlad təməl dəyərlərinin bərpasına ciddi şəkildə nəzarət və əməli tədbirlər həyata keçirməlidirlər. Əks halda, uşaqlara qarşı mənəvi, psixoloji, fiziki terrorların davam etmə ehtimalları çoxala bilər.
Nigar Sultanlı,
Kulturoloq,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
KONKRET.az

Xəbərlər     Tarix: 12 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler bitcoin qiymeti kripto bitkoin emlak xeberleri