Mərkəzi Bank niyə "dayandı"? – Faiz qərarı

Mərkəzi Bank niyə Azərbaycan Mərkəzi Bankı 2 aprel 2026-cı il tarixli qərarı ilə faiz dəhlizini dəyişməz saxlayaraq, əvvəlki faiz endirimlərindən sonra gözləmə mövqeyinə keçməsini inflyasiya risklərinin artması və qlobal qeyri-müəyyənliklə əsaslandırıb.
Banker.az xəbər verir ki, Mərkəzi Bank bu gün faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Beləliklə, Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanlıb. Bu da Banker.az analtiklərinin ötən gün verdiyi proqnozla üst-üstə düşməsi deməkdir.
Bu gün verilən qərar, iki ay öncəki (4 fevral 2026-cı il) iclası ilə müqayisəsi göstərir ümumi tonu daha ehtiyatlı və sərtləşmə istiqamətində dəyişib. İlk iclasda inflyasiya ilə bağlı AMB daha pozitiv görünürdü.
Fevral iclasında vurğulanan əsas məqam inflyasiyanın hədəf daxilində qalması və son aylarda azalma meylinin müşahidə olunması idisə, aprel qərarında inflyasiyanın hələ də hədəf daxilində olduğu qeyd edilsə də, artıq qiymət artımlarının daha çox "xarici mənşəli xərc amillərinin təsiri altında formalaşdığı" xüsusi olaraq vurğulanır. Eyni zamanda, baza inflyasiyanın 4.8%-dən 5.6%-ə yüksəlməsi fonunda inflyasiyanın daha davamlı komponentinə dair risklərə diqqət artırılıb.
Qeyd kimi bildirək ki, 28 fevraldan başlayaraq İran və ABŞ-İsrail cütlüyü arasında müharibə başlayıb. Qeyd edilən müharibə nəinki bu üç ölkə, ətrafında olan ölkələr, xüsusi ilə neft daşınmasının 20% ətrafında təmin edən Hörmüz keçidinin dayanmasına səbəb olub. Bu da neftin dünya bazarına çıxarılması üçün əsas əngəl hesab edilir.  Mərkəzi Bankın tonundakı bu dəyişiklik başa düşüləndir. Belə ki, bütün bu proqnozlar qeyd edilən müharibədən əvvəl verilib. AMB yerli mediaya bildirib ki, bu şəraitdə idxal inflyasiyasının artması ehtimalı diqqət mərkəzindədir və neft-qaz qiymətləri üzrə dəqiq proqnoz vermək çətindir. Bu, əsasən münaqişənin inkişaf istiqamətindən asılı olacaq.
Fevralda 2026-cı il üzrə inflyasiya proqnozunun "azaldılma istiqamətində dəyişdirildiyi" bildirildiyi halda, aprel mətnində "inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalı" qeyd olunur. Bu, Mərkəzi Bankın gözləntilərində dönüş siqnalı kimi qiymətləndirilə bilər.
Mərkəzi Bank niyə Risk balansına yanaşma da dəyişib. Fevral iclasında "əhəmiyyətli dəyişiklik baş vermədiyi" vurğulanırdısa, aprel qərarında "inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi" qeyd olunur. Xüsusilə regionda geosiyasi gərginliyin "kəskin fazaya keçməsi", enerji və logistika xərclərinin artımı kimi faktorlar daha qabarıq şəkildə ön plana çıxarılıb.
Bununla yanaşı, son qərarda əlavə olaraq "inflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır" ifadəsi yer alır. Bu cümlə əvvəlki bəyanatda yox idi.
AMB-nin baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilirdi və bu iclasda da dəyməz qaldı. Halbuki, oktyabrda bu proqnoza görə 2026-cı ildə inflyasiyanın 5.7% olacağı gözlənildirdi.
Tənzimləyici deyib ki, hazırda illik inflyasiya "hədəf daxilindədir". Hədəf isə 2%-6% daxilində götürlür.
Qeyd edək ki, 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub.
"Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır"- deyə bildirilir.

Banklar     Tarix: 02 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya