"Rabitəbank" 4 nominasiya üzrə "Bankçılıq mükafatları – 2025"in qalibi olub

®Rabitəbank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan "Bankçılıq Mükafatları – 2025" tədbiri çərçivəsində 4 mühüm nominasiya üzrə mükafata layiq görülüb. Bankın il ərzində həyata keçirdiyi çoxşaxəli fəaliyyətlər, innovativ yanaşmaları və sosial məsuliyyət təşəbbüsləri nüfuzlu mükafatlarla yüksək qiymətləndirilib.
Rabitəbank "Korporativ sosial məsuliyyət", "Təhsil dəstəkçisi", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi" və "Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank" nominasiyaları üzrə qaliblər sırasında yer alıb.
Qazanılan bu mükafatlar Rabitəbankın dayanıqlı inkişaf strategiyasının, müştəriyönümlü yanaşmasının və innovativ həllərə verdiyi önəmin real göstəricisi kimi çıxış edir. Eyni zamanda, bankın maliyyə sektorunda tutduğu mövqenin daha da möhkəmləndiyini və ölkə iqtisadiyyatına verdiyi töhfələrin yüksək səviyyədə qiymətləndirildiyini təsdiqləyir.
Korporativ sosial məsuliyyət istiqamətində Rabitəbank cəmiyyətin müxtəlif təbəqələrinə yönəlmiş layihələrlə daim aktiv iştirak edir. Şəhid ailələrinə dəstək, regionlarda sosial təşəbbüslər, ekoloji layihələr və digər humanitar fəaliyyətlər bankın sosial dəyər yaratmaq missiyasının əsas hissəsini təşkil edir.
Təhsil sahəsində həyata keçirilən təşəbbüslər isə gənclərin maliyyə savadlılığının artırılması, onların inkişafına dəstək və gələcək kadr potensialının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bankın bu istiqamətdə həyata keçirdiyi layihələr həm tələbələr, həm də gənc mütəxəssislər üçün geniş imkanlar yaradır.
Rəqəmsal transformasiya strategiyası çərçivəsində Rabitəbank innovativ texnoloji həlləri tətbiq etməklə müştərilərinə daha sürətli, təhlükəsiz və rahat bank xidmətləri təqdim edir. Rəqəmsal ödənişlər sahəsində tətbiq olunan yeni məhsullar və xidmətlər bankın bu sahədə liderliyini gücləndirir.
Beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində atılan addımlar isə Rabitəbankın qlobal maliyyə institutları ilə əlaqələrinin möhkəmlənməsinə, beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə şərait yaradır.
Rabitəbank "Rahat bankçılıq" konsepsiyasına sadiq qalaraq müştərilərinə dəyər yaradan, innovativ və əlçatan xidmətlər təqdim etməyə, eyni zamanda sosial məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 02 aprel 2026

Oxşar xəbərlər

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa

FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək

"2026-cı il şirkət üçün mühüm transformasiya mərhələsi ilə başlayıb. Fevral ayında bir il davam edən CBS layihəsinin (Core Banking System - Əsas Bank Proqramı, təşkilatın əsas kredit və maliyyə əməliyyatlarını idar

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Kollektor şirkəti biznesini genişləndirmək üçün fond bazarına ₼5 mln. borc cəlb etmək istəyir

Borcların idarə olunması sektorunda fəaliyyət göstərən "KollektA" ASC 5 milyon manat həcmində istiqraz emissiyası həyata keçirəcək. xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat ola


iqtisadi xeberler bitcoin investisiya internetden pul qazanmaq biznes xeberleri