Səngəçal terminalı ilə neft ixracı 6.5% artıb
2023-cü ilin birinci yarımilində də Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
Banker.az xəbər verir ki, bu barədə "BP Azerbaijan" məlumat paylaşıb.
İlin ilk altı ay ərzində terminal təxminən 115 milyon bareldən çox neft və kondensat, o cümlədən 114 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
2022-ci ilin müvafiq dövründə 114 milyon barel neft və kondensat, o cümlədən 107 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1.2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir təşkil edir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdirdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlin ilk altı ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 72 milyon standart kubmetr (təxminən 2 milyard 542 milyon standart kubfut) Şahdəniz qazı göndərilib..

"Kapital Bank" fond bazarında ₼100 milyonluq istiqraz buraxır
LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib
Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir
Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir
Türkiyədən Azərbaycandakı əhaliyə pul köçürmələr 26% artıb
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
İyunun 16-dan "Bonus-Malus" sistemi ləğv edilir
SMM nə deməkdir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
McDonalds haqqında maraqlı faktlar
2026-ci ilin TOP-5 onlayn biznes ideyası