ŞƏT sammitinin yekununda Səmərqənd Bəyannaməsi qəbul ediləcək
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunlarına əsasən Səmərqənd Bəyannaməsi qəbul ediləcək.
KONKRET.azxəbər verir ki, bunu ŞƏT-in Baş katibi Çjan Min sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammit ərəfəsində verdiyi müsahibə zamanı deyib.
"Səmərqənd Bəyannaməsi ŞƏT-in beynəlxalq siyasət, iqtisadiyyat və bir sıra digər aspektlər üzrə mövqeyinə dair əhatəli siyasi bəyannaməyə çevriləcək", – o bildirib.
Ç.Minin sözlərinə görə, builki sammitdə təşkilatın 2023-2027-ci illər üçün planı, "Bir kəmər, bir yol" layihəsi də müzakirə olunacaq.
Son üç ildə ilk dəfə əyani formatda keçiriləcək sammitdə ŞƏT-ə üzv dövlətlərin, üç müşahidəçi dövlət – Belarus, İran və Monqolustanın, həmçinin dəvət olunmuş üç dövlət Azərbaycan, Türkmənistan və Türkiyənin liderləri iştirak edəcək.
Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə də, dünən onun səfərinin ləğv edildiyi məlum olub.//Report
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c