Səudiyyə Ərəbistanı dekabr ayında neft hasilatını sutkada 1 mln. barel azaltmağa davam edəcək
Səudiyyə Ərəbistanı 2023-cü ilin dekabr ayının sonuna qədər neft hasilatını gündəlik 1 milyon barel azaltmağa davam edəcək. Bu barədə krallığın Energetika Nazirliyi məlumat yayıb.
Bundan əvvəl könüllü ixtisar ilkin olaraq iyul ayına hesablanıb, sonra avqust və sentyabr aylarına qədər uzadılıb. Səudiyyə Ərəbistanı hasilatın azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini, lakin qərarı hər ay nəzərdən keçirəcəyini bildirib. Dekabr ayında, mesajda göstərildiyi kimi, krallıq ya azalma müddətini uzatmaq, ya dərinləşdirmək, ya da hasilatı artırmaq barədə qərar verəcək.
Səudiyyə Ərəbistanının dekabr ayında neft hasilatı azalma nəzərə alınmaqla sutkada 9 milyon barel olacaq. İyunun 4-də Vyanada keçirilən OPEC+ toplantısından sonra Səudiyyə Ərəbistanı tədbirin uzadılması ehtimalı ilə iyul ayı üçün neft hasilatını könüllü olaraq sutkada 1 milyon barel azaldacağını açıqlayıb. Krallığın Energetika Nazirliyinin verdiyi məlumata görə, əlavə azalma neft bazarında sabitliyin və tarazlığın qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb