Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTOSevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO
Kulis.az estrada müğənnisi, Xalq artisti Aygün Kazımova haqqında maraqlı faktlar əldə edib.
Oxu.Az həmin araşdırmanı təqdim edir:
Aygün Ələsgər qızı Kazımova 26 yanvar, 1971-ci ildə Bakı şəhərində, Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir.
Aygün ailənin dördüncü - sonuncu övladıdır. Uşaqlıqda pika xəstəliyindən (mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir - red.) əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf edib.
Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTOO, 1977-ci ildə Bakıdakı 12 saylı məktəbin 1-ci sinfinə gedir. Tezliklə məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir.
Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı kimi yarışlarda iştirak edib. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub.
İlk dəfə "Ozan" qrupunun solisti olaraq böyük səhnəyə çıxıb. Onda Aygün 9-cu sinifdə oxuyurdu.
Məktəbi bitirəndən sonra Mədəni-Maarif texnikumuna daxil olan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərir. "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm elə bizə, ilahi" adlı mahnını duet şəklində ifa edib.
Müğənni 1989-cu ildə İlqar adlı oğlanla tanış olur. Bir-birlərini sevən gənclər ailə qurmaq qərarına gəlirlər. İş elə gətirir ki, Aygün həmin ilin dekabr ayında İlqara qoşulub evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Ancaq bu evliliyin ömrü uzun çəkmir. Bir il sonra Aygün Kazımova həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, bu səbəbdən Aygünü hər gün incitməsi olur.
Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTOAygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışı ilə gəlib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını ifa edib. İlk Qran-prisini məhz bu yarışda qazanır. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən "Bu qız kimdirsə, xalq artistidir" deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrinin birində: "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır", - deyir.
Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTOBir il sonra müğənni Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını ifa edir. Mahnını muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özündə cəmləşdirməyi bacarır. Yarışda 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak edən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edir.
Aygün Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak edir. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən bir ay hərbçilərə tibbi yardım göstərir.
Elə həmin dövrdə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou-proqramlara çıxmaqdan imtina edir.
Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO"İtkin gəlin" serialı üçün yazılan eyniadlı mahnını ifa edəndən sonra böyük tamaşaçı kütləsi tərəfindən tanınır. Bu mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. O, müsahibələrinin birində əvvəlcə mahnını oxumaq istəmədiyini, sonradan mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə fikrini dəyişdiyini bildirib.
1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi bir manat qazanır.
Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO"Gecələr keçir", "Vokaliz", "Şəklimi çək", "Depresyondayım", "İndi sənsiz", "Matros", "Sənsizliyim", "Sevdim", "Uyma", "Tez gəl" mahnıları ilə böyük populyarlıq qazanır.
2002-ci ildə Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atır. Səkkiz saatlıq plastik əməliyyata həyatı bahasına olsa belə, razılıq verir. Bu əməliyyat Aygünün ölümü ilə nəticələnə bilərdi. Aygün baş verəcək bu hadisədən ehtiyatlanaraq vəsiyyət edir - rejissorluğunu Ülviyyə Könülün etdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klipin təqdim edilməsini.
Meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb olur. Bir müddət sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayır.
Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranır və bu, Aygün Kazımovanı depressiyaya salır. Uzun müddət özünə gələ bilməyən "Diva" ləqəbli müğənni sonradan özünü ələ alır və ard-arda hitlər təqdim edir.
Aygün Kazımovanın bəyəndiyi müğənnilər arasında Alla Puqaçova, Zeynəb Xanlarova və Madonna olub. Verdiyi müsahibələrinin birində Alla Puqaçovaya olan uşaqlıq sevgisini xüsusi vurğulayır. Amma Xalq artisti həmişə qeyd edib ki, sadəcə Alla Puqaçova, Zeynəb Xanlarova, Madonnanı bəyənib, onlara oxşamaq istəməyib. Həmişə seçilmək, fərqlənmək istədiyini bildirib.
Aygün müasir Azərbaycan estradasının banisi hesab olunur.
Azərbaycan səhnəsində sərbəst hərəkətləri və Qərb standartlarına uyğun geyim tərzi ilə diqqətləri çəkdi. Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənnidir. O, ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən artıq cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.
2011-ci ildə "Extreme Azerbaijan" realiti-şousu üçün Namibiyaya yollanan Xalq artistinin ov tüfəngi ilə nəsli kəsilməkdə olan heyvanı nişan alaraq atəş açması və ceyranı vurması xeyli ajiotaj yaratmışdı.
Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTODünya şöhrətli amerikalı reper Snup Doqla duet oxuyan yeganə azərbaycanlı müğənnidir.
2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək "Big Apple Music Awards"dan imtina edib. Buna səbəb isə təşkilatçıların ermənilərdən ibarət olması idi.
Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlıdır.
Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin "S.U.S" mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb oldu. O, burada fahişə obrazını canlandırmışdı...

Xəbərlər     Tarix: 16 avqust 2022

Oxşar xəbərlər

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır

Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

Airbus Dubay Hava Sərgisində flydubai-dən böyük sifariş almağa hazırlaşır

Airbus Dubay Airshow-da flydubai-dən əhəmiyyətli bir təyyarə sifarişində əsas payı təmin etməklə, ilk dəfə olaraq sürətlə böyüyən büdcə aviaşirkəti rəqibi Boeing-in üstünlüyünü qırmağa hazırlaşır. xəbər verir ki, Avropal


iqtisadi xeberler internetden pul qazanmaq biznes xeberleri en son xeberler valyuta xeberleri