SİMA ilə yeni bank hesablarının açılması sadələşdi
®Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2023-cü il tarixli Qərarı ilə "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"nda təsdiq edilən dəyişiklik "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fəaliyyət dairəsinin daha da genişlənməsinə imkan yaradıb.
Dəyişikliyin əsas müddəalarından biri də gücləndirilmiş elektron imza ilə məsafədən bank hesablarının açılmasının mümkünlüyü ilə bağlıdır.
Bu dəyişikliyə əsasən, vətəndaşlar və fərdi sahibkarlar SİMA ilə müştərisi olduğu bankda rahat və sürətli şəkildə yeni hesab açmaq imkanı əldə ediblər.
Müvafiq əməliyyatın həyata keçirilməsi üçün artıq müştərinin banka getməsinə və ya əvvəlki kimi videozənglə təkrar kimliyini təsdiqləməsinə ehtiyac yoxdur.
Belə ki, SİMA rəqəmsal imzaya sahib olan şəxslər bank hesabının açılması üçün müştərisi olduğu banka onlayn qaydada müraciət edərək sonda təsdiq üçün sənədləri məhz elə SİMA gücləndirilmiş elektron imza ilə anında imzalaya bilərlər.
Bankların müştəri məmnuniyyətinin artırılması məqsədilə bu xidməti biometrik həllərə əsaslanaraq həyata keçirməsi üçün SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya etməsi kifayətdir.
SİMA yeni nəsil rəqəmsal imza ilə xidmətlərin təşkili maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı SİMA-nın rəsmi saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bitcoin necə işləyir?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın əh bahalı brendləri - TOP-10
1000 manatla hansı biznesi qurmaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?