Şirinov ixracatçıların reytinqində 5-ci yerə yüksəlib - 38 MİLYON DOLLARA YAXIN GƏLİR
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın noyabr sayında, qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
Marja.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır. O, 2022-ci ilin iyul ayında 20,2 milyon dollarlıq ixracı ilə, iyunda reytinqdə 17 milyon dollarlıq ixracı ilə 10-cu yeri tutmuş "Aqrovest" MMC-ni siyahıdan çıxarmış və yerinə keçmişdi.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Elvin Şirinov avqust-oktyabr dövründə ixracını daha da artıraraq 33,7 milyon dollara qaldırıb. O, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 33,7 milyon dollarlıq ixracla 5-ci yeri tutub.
2021-ci ildə Elvin Şirinovun ixracı olmamışdı.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.

Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar