Şirkətlər Beynəlxalq Bankdan 2,2 mlrd. manat depoziti geri çəkdi
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2023-cü ilin ilk yarısını 164,4 milyon manat xalis mənfəətlə başa vurub.
KONKRET.azbanka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründən 45,6 milyon manat və ya 38,5% çoxdur.
Ümumilikdə, bank bu ilin birinci yarısını 244,6 milyon manat əməliyyat mənfəəti ilə bağlayıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 69,6 milyon manat və ya 39,4% çoxdur.
ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları ötən ilin eyni dövrünə nisbətən 15,8% azaldaraq 29,8 milyon manata endirib. Bundan əlavə, əməliyyat mənfəətindən 50,8 milyon mənfəət vergisi ayrılıb.
Bank daha çox qazanmağa başlasa da, bu il ümumilikdə kiçilib. Belə ki, 2023-cü ilin iyulun 1-nə bankın cəmi aktivləri 2,3 milyard manat və ya 16,4% azalaraq 11,8 milyard manata enib. Cari ilin ilk 6 ayında ABB-nin kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 657,4 milyon və ya 18,6% artaraq 4,2 milyard manata çatıb.
ABB-nin həmçinin öhdəlikləri də azalmağa başlayıb. Bankın cəmi öhdəlikləri iyulun 1-nə 9,96 milyard manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 20,2% və ya 2,44 milyard manat azdır. Buna səbəb isə bankın depozit portfelində müşahidə edilən kəskin azalmadır. Belə ki, ABB-nin depozit portfeli cari ilin ilk 6 ayında 2,97 milyard manat və ya 19.75% azalaraq 8,5 milyard manata enib. Şirkətlər bankdan 2,2 milyard manat əmanəti geri çəkib. Nəticədə ABB-də hüquqi şəxslərin əmanətlərinin həcmi 25,4% azalaraq 6,5 milyard manata enib. Əhalinin bankdakı depozitləri isə 112,1 milyon manat və ya 5,9% artaraq 2,2 milyard manata çatıb. Bu isə depozit portfelindəki ümumi azalmanı kompensasiya edə bilməyib.
1 iyul 2023-cü il tarixində ABB-nin cəmi kapitalı 1,78 milyard manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 9,3% çoxdur.//Yenisabah
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind