SOCAR bu ilin I rübündə 3 milyard manat xalis mənfəət əldə edib
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş əksər dövlət müəssisələri 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə nəticələri əldə ediblər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.
"Belə ki, SOCAR (Dövlət Neft Şirkəti", "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-lər, "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank" ASC-lər 2021-ci ili əməliyyat mənfəəti ilə başa vurublar. Bu şirkətlərin əksəriyyətinin dividend ödəməsi imkanını müsbət qiymətləndiririk.
Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsini əldə edib. Xalis mənfəət 2,1 milyard manat olub. Eyni zamanda, 2022-ci ilin birinci rübünün nəticələri də təqribən 3 milyard manat təşkil edərək, artan tendensiyanı qoruyur", - deyə nazir qeyd edib.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları