SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
SOCAR ilə "Honeywell" şirkəti arasında əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbində yaradılan Əməliyyat Texnologiyaları Akademiyasının açılışı olub.
Akademiya SOCAR-ın 2035-ci ilə kimi təsdiqlənmiş Korporativ Strategiyasına uyğun olaraq insan kapitalının inkişafı və rəqəmsallaşma istiqamətində növbəti mühüm addım hesab olunur.
Yeni yaradılan Akademiya SOCAR-ın istehsalat sahələrində rəqəmsal transformasiyanın sürətləndirilməsinə, əməliyyat təhlükəsizliyinin və etibarlılığının artırılmasına, eləcə də mühəndis-texniki heyətin müasir avtomatlaşdırma və idarəetmə sistemləri üzrə bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edəcək. Akademiya real istehsalat mühitini simulyasiya edən müasir təlim infrastrukturu vasitəsilə əməkdaşlara mürəkkəb avtomatlaşdırma proseslərini təhlükəsiz şəraitdə öyrənmək və sınaqdan keçirmək imkanı yaradır. Açılış mərasimində qonaqlar təlim-simulyasiya avadanlıqlarının iş prinsipi, həmçinin mərkəzin təmirdən əvvəlki və sonrakı vəziyyəti barədə ətraflı məlumatlandırılıblar.
Bu təşəbbüs SOCAR-ın istehsalat proseslərinin rəqəmsallaşdırılması ilə yanaşı, əməkdaşlarının da rəqəmsal bacarıqlarının inkişafına verdiyi prioritetin, eləcə də gələcəyə və innovasiyaya fokuslanan yanaşmasının daha bir real göstəricisidir.
Qeyd edək ki, qlobal texnologiya şirkəti olan "Honeywell" qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri üzrə ixtisaslaşıb. / marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
Marketinq nə demədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Green Card nədir və onu necə əldə etmək olar?