SOCAR-ın payını satdığı şirkət ötən ili ₼1.27 mlrd. xalis mənfəət əldə edib

SOCAR-ın payını satdığı şirkət ötən ili ₼1.27 mlrd. xalis mənfəət əldə edibKayman adalarında yaradılmış Cənubi Qafqaz Boru Kəməri (SCP) şirkəti 2022-ci ildə 2 mlrd. 247 mln. manat ekvivalentində gəlir əldə edib.
Banker.az bunu Dövlət Neft Şirkətinin illik audit hesabatına istinadən xəbər verir.
Bu da 2021-ci illə müqayisədə 343 mln. manat və ya 18 faiz artıb.
SCP-nin satışlarının maya dəyəri 541 mln. manat, 437 mln. manat mənfəət vergisi ödəmiş və nəticədə 1 mlrd. 272 mln. manat xalis mənfəət əldə edib.
2021-ci ildə şirkət 912 mln. manat xalis mənfəət əldə etmişdi.
Xatırladaq ki, SOCAR 2023-cü ilin martında "Cənubi Qafqaz Boru Kəmərindəki" 14.35 %-lik iştirak payını "Cənub Qaz Dəhlizi Midstream" MMC-yə ötürüb.
SCP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal Terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel olaraq eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulmuşdur.Gürcüstana nəql edilən qaz Azərbaycan-Gürcüstan sərhədində yerləşən SCP-dən ayrılan qol vasitəsilə təmin edilir.
Burada, səhmdarlar "Cənub Qaz Dəhlizi Midstream" MMC (14.35%), BP (29.99%), LUKOIL (19.99%), TPAO (19%), NICO (10%) və "Cənub Qaz Dəhlizi" QSC-dir (6.67%).

Xəbərlər     Tarix: 04 iyul 2023

Oxşar xəbərlər

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında


iqtisadi xeberler birbank en son xeberler bitkoin dollar mezenne