SOCAR-ın Türkiyədəki "Petkim"inin xalis mənfəəti kəskin azalıb
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti "Petkim Petrokimya Holding A.Ş." 2023-cü ilin birinci yarısında 351.95 mln. lirə və ya həmin tarix üzrə ABŞ dolları ilə $13.07 mln. xalis mənfəət əldə edib.
Banker.az bunu şirkətin maliyyə hesabatına istinad edir.
2022-ci ilin eyni dövrü ilə müqayisədə 92% azalıb. 2022-ci ilin birinci yarısı, yəni yanvar-iyun ayları üzrə "Petkim"in xalis mənfəəti 4 mlrd. 272.67 mln. lirə idi. Bu da həmin dövr üzrə foreksdəki məzənnə ilə 238.5 mln. dollar deməkdir.
Bu arada bildirək ki, Türkiyə valyutası son bir ildə ABŞ dollarına qarşı 50% dəyər itirib.
1 iyul 2023: 1 USD=26.94 TRY
1 iyul 2022: 1 USD=17.91 TRY
Holdinq hesabat müddəti ərzində 19 mlrd. 809.8 mln. lirə və ya 735.3 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Lirə ilə müqayisəni apardıqda məlum olur ki, "Petkim"in gəlirləri 2022-cü ilin eyni dövründən 23% zəif nəticədir. Şirkətin satışlarının maya dəyəri 19 mlrd. 451 mln lirə təşkil edib. Hesabatdan göründüyü kimi şirkətin məhsul satışlarının maya dəyərinin həcmi gəlirdən daha zəif azalıb. Nəticədə ümumi mənfəəti (gross profit) 9 dəfə azalaraq 359.1 mln. lirə təşkil edir.
Şirkət şəxsi heyətə çəkdiyi xəclər isə 2022-ci ilin eyni dövründə 217.4 mln. lirə olduğu halda, cari ildə bu rəqəm artarq 456.1 mln. lirə olub.
Bununla belə, holdinqin kapital mövqeyi xeyli güclüdür. 1 iyul 2023-cü il tarixinə balans kapitalında 16 mlrd. 328.9 mln. lirə bölüşdürülməmiş mənfəəti var. Şirkətin kapitalında 2 mlrd. 534.4 mln. lirəsi səhm kapitalıdır.


Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Françayzinq nədir və necə olur?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Amazonda satış etmək üçün bilməli olduqlarınız