SOCAR-ın xalis mənfəəti 4.5 dəfə azalıb – 85 mlrd. manat gəlirə qarşı 2.7 mlrd. xalis mənfəət

SOCAR-ın xalis mənfəəti 4.5 dəfə azalıb – 85 mlrd. manat gəlirə qarşı 2.7 mlrd. xalis mənfəətAzərbaycan Dövlət Neft Şirkəti – SOCAR 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə başa vurub. Bu da illik müqayisədə 7 milyard 351 milyon manat və ya 4.5 dəfə azalma deməkdir.
Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın audit hesabatında bildirilir. Konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan "Ernst & Young Holdings (CIS) B.V." tərəfindən dəyişilməmiş rəy verilib.
SOCAR 2022-ci ildə 9 milyard 424 milyon manat xalis mənfəət əldə etmişdi.
Hesabat müddətində dövlət şirkətinin gəlirləri illik müqayisədə 34 milyard 27 milyon manat və ya 28,5% azalmaqla 85 milyard 201 milyon manata düşüb. 2022-ci ildə bu göstərici 119 milyard 228 milyon manat idi.
"Qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub", – deyə regionun neft nəhəngi bildirir.
Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumi aktivləri 72,0 milyard manat təşkil edib. Bu xüsusda, şirkətin uzunmüddətli aktivləri 3,4% artımla 49,0 milyard manata, cəmi kapitalı 4,5% artaraq 34,8 milyard manata yüksəlib.
Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32.4% azalaraq 19.6 milyard manat, uzunmüddətli öhdəlikləri 5.3% azalaraq 17.6 milyard manat, ümumi öhdəlikləri isə 21.9% azalaraq 37.1 milyard manat təşkil edib.
SOCAR-ın xalis mənfəəti 4.5 dəfə azalıb – 85 mlrd. manat gəlirə qarşı 2.7 mlrd. xalis mənfəətSOCAR-ın xalis mənfəəti 4.5 dəfə azalıb – 85 mlrd. manat gəlirə qarşı 2.7 mlrd. xalis mənfəətSOCAR-ın xalis mənfəəti 4.5 dəfə azalıb – 85 mlrd. manat gəlirə qarşı 2.7 mlrd. xalis mənfəət

Xəbərlər     Tarix: 27 iyun 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler rubl mezenne birbank bu gunun xeberleri biznes xeberleri