SOCAR İtaliya şirkətindən hissə alır

SOCAR İtaliya şirkətindən hissə alırBakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" şirkətinin məxsus olduğu "MIP S.p.A" şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.

Biznes.az xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.

Müqavilə SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək."Italiana Petroli" İtaliyanın ən böyük inteqrə olunmuş "downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəni əhatə edən logistika sisteminə malikdir. SOCAR IP-nin möhkəm bazar mövqeyini, nüfuzunu qorumaq və daha da gücləndirmək üçün şirkət komandası ilə əməkdaşlığı davam etdirməyi, həmçinin müştərilərə, tərəfdaşlara və maraqlı tərəflərə yüksək keyfiyyətli xidmətlərin fasiləsiz çatdırılmasını təmin etməyi planlaşdırır.

Bundan əlavə, AIIF 2025 çərçivəsində "EelElectric" MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası "ABB Group"un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Sənədi "EelElectric"in direktoru Vüsal Mirzəyev və "ABB Group Türkey"in ölkə meneceri Mahmud Rzayev imzalayıb. Bu layihə elektrik infrastrukturu sahəsində texnoloji inkişafı dəstəkləyəcək.(Report)

Xəbərlər     Tarix: 23 sentyabr 2025

Oxşar xəbərlər

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto