SOCAR Türkiyədəki NEZ-in istehsal gücünü 13 milyon tona çatdıracaq

SOCAR Türkiyədəki NEZ-in istehsal gücünü 13 milyon tona çatdıracaqAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan STAR Neft Emalı Zavodunun illik istehsal gücünü 2024-cü ildə 13 milyon tona çatdırılması planlaşdırılır.
Bunu SOCAR-ın Türkiyədəki Neft emalı və neft-kimyası bölməsinin (Turkey Refining and Petrochemical Business Unit) rəhbəri, "Petkim Petrokimya Holding"in baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev bildirib.
Onun sözlərinə görə, yarandığı gündən STAR Neft Emalı Zavodu neft emalı zavodunun dizaynında optimallaşdırma imkanlarından istifadə etməklə, aşağı investisiya ilə əhəmiyyətli güc artımına nail olunub: "Neft emalı zavodunun gücü 10 milyon tondan 12 milyon tona çatdırılıb. Nəticədə həm "Petkim", həm də STAR zavodu üçün mövcud bazar şərtlərinə və gözlənilən qlobal tendensiyalara uyğun olaraq müsbət perspektivimiz var".
O qeyd edib ki, bu təxminlər qlobal iqtisadi və siyasi dinamikadan asılı olaraq dəyişə bilər: "Bununla belə, mövcud məlumatlara əsaslanaraq deyə bilərik ki, şirkətlərimiz öz göstəricilərini qoruyub saxlayır və böyüməyə davam edir".
K. Mirzəyev vurğulayıb ki, Türkiyənin emal olunmuş neft məhsulları istehsalının təxminən 25%-ini təşkil edən və 19.5% daxili bazar payına malik olan STAR 2022-ci ildə uğurlu rentabellik əldə edib: "Bu dinamikanın 2023-cü ildə də davam edəcəyini deyə bilərik. Xüsusilə "Brent" və digər regionlar arasındakı qiymət fərqi bizə xammal baxımından müsbət təsir edib və EBITDA-nın planlaşdırılandan daha yaxşı olmasının əsas səbəbi olub. Bu uğurlu fəaliyyəti 2024-cü ildə də davam etdirməyi hədəfləyirik".
SOCAR rəsmisinin sözlərinə görə, dünya bazarlarında tələbin durğunluğu və əksər neft-kimya məhsullarına təklifin həddən artıq çox olması 2023-cü ilin birinci yarısında "Petkim"in fəaliyyətinin azalmasına səbəb olub: "İlin ikinci yarısında neft qiymətlərinin artması nafta və "Petkim"in digər məhsul qiymətlərinin artmasına səbəb olduğu üçün şirkət kapital gəlirləri, həm də həyata keçirilən optimallaşdırma strategiyaları baxımından daha müsbət nəticələr göstərib.
2024-cü il üçün şirkət daha müsbət proqnozlar gözləsə də, aydın danışa bilmək üçün ilin sonundakı maliyyə nəticələrimizi görmək lazımdır. 2024-cü ildə həm sektorun, həm də "Petkim"in performansı qlobal faiz siyasəti, Çin başda olmaqla ölkələrdən tələb və enerji qiymətlərindəki dəyişikliklərlə müəyyən ediləcək".
Qeyd edək ki, "SOCAR Türkiyə"nin Neft Emalı və Neft-Kimya Biznes Bölməsinə STAR NEZ, "Petkim Petrokimya Holding"i, şirkətin ticarət bölməsi olan "SOCAR Ticaret", neft məhsulları və maye qazın saxlanması bölməsi olan "SOCAR Depolama", külək elektrik stansiyasının fəaliyyətinə cavabdeh olan "Petkim RES" bölməsi daxildir. STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və "Azeri Light", "Kərkük" və digər neft növlərinin emalı üçün nəzərdə tutulub. / banker.az

Xəbərlər     Tarix: 23 oktyabr 2023

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin qiymeti