Sosial sahibkarlıq, kraudfandinq və layihələrin idarə olunması mövzularında kitab çap olunub

Sosial sahibkarlıq, kraudfandinq və layihələrin idarə olunması mövzularında kitab çap olunub18 mart 2021-ci il tarixində Azərbaycanın ilk yerli Kraudfandinq platforması olan "Toxum.org" və sahibkarlıq sahəsinə öz imzasını atmış şəxslərin təşəbbüsü ilə insanların yaradıcı fikirlərinə həyat vermək üçün ərsəyə gətirilən və  ölkəmizdə ilk dəfə öz doğma dilimizdə sosial sahibkarlıq, kraudfandinq, layihənin idarə olunması mövzularını əhatə edən  "TOXUM" kitabı çap olunub.  
Toxum.org dəyişiklik edən, sosial gələcəyə yol açan, insanlara dəyər qatan sosial və sosial sahibkarlıq  ideya və layihələrə həyat verən bir platformadır. Toxumun əsas məqsədi ölkəmizdə Kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq və həyat tərzinin bir hissəsinə çevirməkdir. 
 Toxum.org komandası deyir ki, Kitablar sonsuz gücə sahibdirlər. Bizi yeni dünyalara apara, yeni şeylər öyrədə , xəyal gücümüzü inkişaf elətdirə və öz arzularımızı gerçəkləşdirməyə ilham verə bilərlər.
Toxum.org  komandasının ərsəyə gətirdiyi Toxum kitabı məhz bu missiyanı öz üzərinə götürüb. Kitabı əlinə alan hər kəs öz arzusunda olduğu layihəni necə reallaşdırmaq olar onu öyrənəcək.
Kitab sosial sahibkarlıq, layihələri idarə etmək, maddi vəsait toplamaq üçün kampaniya başlatmaqla bağlı bilikləri əhatə edir. Bu mövzuların hər biri real keyslər üzərindən, nümunələrlə, sxem və cədvəllərdən istifadə edilərək çox sadə dildə izah olunub. Ölkəmizdə  layihəsinə həyat vermək istəyən insanlar üçün əsl Oxu kitabı olacaqdır.
Kitabın müəllifləri Global winner 2020-nin qalibi, sosial sahibkar Sara Rəcəbli, Kvan kitabının müəllifi Coşqun Kərimov, PMP sertifikatlı layihə meneceri Kamran Cəbrayılov, Toxum.org platformasının həmtəsisçisi, iqtisadçı Toğrul Vəliyevdir.
Toxum.org-un kitabın çap etdirilməsi üçün platformanın təyinatına uyğun kampaniya başlatmış və elə ilk həftədən artıq öz hədəf məbləğinə yaxınlaşmış, sonrakı həftələrdə isə hədəfini uğurla tamamlamışdır.
Kampaniya boyunca Simurq Təhsil Fondu (şəhid və qazi ailələrinin övladlarının təhsilinə dəstək olmaq məqsədilə yaradılan sosial layihə) ilə birgə çalışan komanda, ianə edilən hər 15 manata görə 1 kitabı dəstəkçiyə, bir kitabı isə STF-yə bağışlamağı öz öhdəsinə götürüb. Bir toxumla iki ağac yetişdirmək həqiqi mənada mümkün olmasa da, bu Toxum kitabı üçün real hadisəyə çevrilmiş oldu.
Kitabı 070 538 64 72, 055 890 32 31 nömrələrinə zəng edərək və ya [email protected] mail ünvanına yazaraq sifariş edə bilər, eyni zamanda BookZone  kitab mağazasından  əldə edə bilərsiniz. /marja.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil

ƏDV ödəyicisi olan müəssisələrdə mal, iş və xidmətlərin alınması zamanı yaranan əlavə dəyər vergisinin (ƏDV) uçotu mənfəət vergisinin hesablanmasına birbaşa təsir göstərir. Praktikada xüsusilə iki hal üzrə suallar meydan

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd


iqtisadi xeberler valyuta xeberleri kripto bitcoin biznes xeberleri