Sosial şəbəkədə tanış olduğu azyaşlı qıza əxlaqsızlıq edərək videoya çəkdi – DETALLAR
Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Ənvər Dadaşov yetkinlik yaşına çatmayan Gülşənə (adlar şərti verilib - red.) əxlaqsız hərəkətlər edib.
azxeber.com bizim.media-ya istinadən bildirir ki, hadisə bu il aprel ayının 1-də Zabrat qəsəbəsində baş verib.
Ənvər özünə məxsus "Skoda Rapid" markalı avtomobilin arxa oturacağında cinsi ehtirasını təmin etmək məqsədilə Gülşənin öz razılığı ilə əxlaqsız hərəkətlər edib. İstintaq orqanı tərəfindən Ənvərin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ənvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2021-ci il iyulun əvvəllərində instaqram sosial şəbəkəsində Gülşən adlı qızla tanış olub:
"Gülşənin yaşını soruşmasam da, onun azyaşlı olduğunu bilirdim. Onun fotoşəkillərinə baxmışdım və ondan çox xoşum gəlmişdi. Gülşən ilə instaqram sosial şəbəkəsində bir müddət yazışdıqdan sonra görüşmək qərarına gəldik.
İlk olaraq birinci dəfə Gülşən ilə 20 iyul 2021-ci ildə Zabrat qəsəbəsi, İstixana Kombinatında görüşdük. Gülşən idarə etdiyim "Skoda Rapid" markalı avtomobilimə əyləşdi. Gülşən ilə bir az söhbət etdikdən sonra onu evlərinə yola saldım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün aralarında hər hansı bir münasibət olmayıb:
"Gülşənlə yalnız söhbət etdik. Sonra Gülşən ilə yenə də İnstagram sosial şəbəkəsində danışarkən aramızda müəyyən anlaşılmazlıq olduğu üçün sözlə mübahisə etdik. Gülşən profilimi blok etdi. Sonra başqa profil açaraq Gülşənə yazdım və nə üçün məni blok etdiyini, onunla yenidən görüşmək istədiyimi bildirdim. Lakin Gülşən cavab yazmadı. Bir neçə gün keçdikdən sonra Gülşənlə yenidən danışmağa başladıq".
Ənvər qeyd edib ki, 1 aprel 2022-ci ildə Gülşən ona yazaraq görüşmək istədiyini bildirib:
"Mən də razılaşdım. Həmin gün onunla Zabrat qəsəbəsində İstixana yolunda görüşdük. Gülşən yenidən idarə etdiyim avtomobilimə əyləşdi. Gülşənin razılığı ilə ona yaxınlaşdım. Azyaşlı olduğu üçün onunla cinsi əlaqədə olmadım. Gülşən xahişimlə intim hərəkətlərimizi mobil telefonla videoya çəkdi".
Ənvər ifadəsinin sonunda etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş tərəfdən etdiyi əmələ görə üzr istədiyini deyib.
Bu cinayət işinə Sabunçu rayonu Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ənvər 2 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
1000 manatla hansı biznesi qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Start-up nədir?