S&P: "Azərbaycan iqtisadiyyatı bu il 3,5 % böyüyücək

S&P: "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi, 2021-ci ildə 5,6 %-dək bərpa olunan Azərbaycan iqtisadiyyatının bu il 3,5 % böyüyəcəyini proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "S&P Global Ratings"in Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin "BB+/B" səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.
Sənədə əsasən, bu proqnoz əsasən qaz hasilatının artımını, qeyri-neft sektorunda canlanmanı və neft hasilatının cüzi azalmasını əks etdirir. "Bununla belə, ortamüddətli artım perspektivləri daha zəifdir - 2023-2025-ci illər ərzində orta hesabla illik 1,3 % böyümə- köhnəlmiş yataqlar səbəbindən neft hasilatının azalması fonunda, qaz ixracının artımı ilə qismən kompensasiya ediləcəyi ehtimal edilir", - məlumatda deyilir.
S&P analitikləri Azərbaycan iqtisadiyyatını hazırda əlverişli qlobal neft qiymətlərindən faydalanan karbohidrogen sektorundan böyük həcmdə aslı olduğunu qeyd edirlər. Neft və qaz ixracın 90 %-ni və ÜDM-nin təxminən 50 %-ni təşkil edir.
"Azərbaycan üçün əlverişli ticarət şərtlərinin 2022-ci ilin sonuna və 2023-cü ilə qədər davam edəcəyini proqnozlaşdırırıq. "Brent" markalı neftin qiymətinin 2022-ci ildə orta hesabla 102 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları/barel səviyyəsində olacağını gözləyirik. Paralel olaraq, Azərbaycanın da üzvü olduğu OPEC+ ölkələri qrupu 2021-ci ilin iyulunda əldə edilmiş razılaşmaya uyğun olaraq neft hasilatının kvotalarını azaltmaqda davam edir. Fikrimizcə, mövcud vəziyyət Azərbaycanın iqtisadi, fiskal və ödəniş göstəricilərinə fayda verəcək", - S&P bildirib.
Agentlik qeyd edib ki, bu il Azərbaycanın qeyri-neft sektoru güclü artım nümayiş etdirərək, iyun ayına qədər illik müqayisədə 9,6 % artıb: "Xüsusilə nəqliyyat sektorunda (34 % artım), informasiya texnologiyaları sektorunda (14 %) və sənaye istehsalında (11,5 %) əlverişli tendensiya müşahidə olunub. Bu sahələrin hamısı güclü dinamika nümayiş etdirir".
"Bununla belə, baza effekti və eyni zamnada yüksək inflyasiyanın istehlak artımını yavaşlatması ehtimalı olduğundan, bu ilin qalan hissəsində tempin yavaşlamasını gözləyirik.
Həmçinin son illərdə iqtisadiyyatın şaxələndirilməsi və struktur islahatlarında yalnız məhdud irəliləyişi nəzərə alaraq, qeyri-neft sektorunda güclü artımın 2022-ci ildən sonra da davam edəcəyini gözləmirik", - agentlik bildirib.

Maliyyə     Tarix: 23 iyul 2022

Oxşar xəbərlər

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya