"S&P" Azərbaycan iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb
"S&P Global Ratings" 2023-cü il üzrə Azərbaycan iqtisadiyyyatı üçün mümkün riskləri açıqlayıb.
Bu barədə beynəlxalq reytinq agentliyinin araşdırmasında qeyd edilib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"S&P" hesab edir ki, geosiyasi qeyri-müəyyənlik və karbohidrogen gəlirlərindən yüksək asılılıq səbəbindən risklər yarana bilər:
"Qısa müddətli böyüməyə maneələr artan geosiyasi risklərin uzunmüddətli təsiri ilə daha da güclənə bilər. Azərbaycanın fiskal balansı ortamüddətli perspektivdə proqnozlaşdırdığımızdan daha çox zəifləyə bilər. Bu, dövlətin gözləniləndən yüksək kapital xərcləri yaranarsa və ya karbohidrogen gəlirlərinin kəskin azalacağı halda baş verə bilər. Karbohidrogen qiymətlərinin kəskin azalması adambaşına düşən ÜDM-in real artımını azalda, geniş iqtisadi perspektivlərə də təsir edə bilər".
"Digər tərəfdən Ermənistanla hərbi qarşıdurma artarsa, iqtisadiyyata təzyiq yarana bilər, lakin daha geniş münaqişə bizim əsas ssenarimiz deyil" - deyə "S&P"nin araşdırmasında qeyd edilib. / marja.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
İKEA şirkətinin tarixi
İban nədir?
Dünyada ən çox oxunan 5 kitab
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
ZARA-nın uğur hekayəsi