"S&P" Azərbaycanın 2024-cü il üçün ÜDM-də artım proqnozunu yaxşılaşdırıb

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2024-cü il üçün ümumi daxili məhsulda (ÜDM) artım proqnozunu 4,5 %-ə yüksəldib.
Bu barədə Agentlik məlumat yayıb.
"S&P" qeyd edir ki, bu il Azərbaycanın ÜDM-in artım tempi agentliyin cari ilin əvvəlində proqnozlaşdırdığı tempdən əhəmiyyətli dərəcədə yüksək olub.
"2024-cü ilin yanvar-oktyabr aylarında ÜDM artımı 4,9 % təşkil edib. Buna əsasən, biz cari ildə ölkənin ÜDM artım proqnozunu 2,5 %-dən (iyun proqnozu) 4,5 %-ə qədər yenidən nəzərdən keçirmişik", - məlumatda vurğulanıb.
Agentlik bu il ÜDM-in nominal dəyərini 126 milyard manat (74 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.
Azərbaycanda iqtisadi artımın əsas drayveri 10 ay ərzində 6,8 % artmış qeyri-neft sektorudur.
"Yük və sərnişin daşımaları, informasiya-kommunikasiya xidmətləri və pərakəndə ticarət dövriyyəsi sahəsində daha yüksək göstəricilər bu artıma töhfə verib. Biz Qarabağ bölgəsinə investisiyaları əks etdirən tikinti sektorunda da müsbət dinamikanı qeyd edirik", - agentlik bildirib.
© "Report"
"S&P" orta müddətli perspektivdə Azərbaycanın qeyri-neft sektorunun illik 3-4 % səviyyəsində artacağını gözləyir. Bununla yanaşı, analitiklər hesab edirlər ki, struktur islahatları və iqtisadi diversifikasiya üzrə növbəti tədbirlər qeyri-neft sektorunun artım tempinin sürətlənməsinə kömək edə bilər.
"S&P"nin proqnozlarına görə, 2025-2027-ci illərdə Azərbaycanın ÜDM-nin orta illik artımı 2 % təşkil edəcək.
Agentlik Azərbaycanın ÜDM-nin nominal həcmini 2025-ci il üçün 127 milyard manat (75 milyard ABŞ dolları), 2026-cı il üçün 132 milyard manat (78 milyard ABŞ dolları), 2027-ci il üçün 137 milyard manat (81 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.
Ölkə hökumətinin proqnozlarına görə, ÜDM artımı 2024-cü ildə 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 % təşkil edəcək.

Maliyyə     Tarix: 07 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin