"S&P": "Azərbaycanın bank sisteminin vəziyyəti stabildir

Azərbaycanın bank sistemi sabitdir və sektordakı problemli kreditlər azalmağa davam edərək bu ilin may ayında 3,6 %-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin "BB+/B" səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.
Agentlik kölgə iqtisadiyyatın bank sektorunun əsas aktivlərinin həqiqi keyfiyyətini qiymətləndirməyi çətinləşdirdiyini hesab edir.
"Azərbaycanın maliyyə sektoru kiçik olaraq qalır və ümumi aktivləri ÜDM-nin 50 %-inədəkdir, bu da dövlət üçün şərti öhdəliklərin mümkün risklərini məhdudlaşdırır. Bununla belə, Azərbaycanın bank sistemi davam edən yüksək səviyyəli dollarlaşma, zəif idarəetmə və beynəlxalq kontekstdə şəffaflıq, yumşaldılmış kreditləşmə və anderraytinq standartları daxil olmaqla bir sıra davamlı struktur zəifliyi ilə xarakterizə olunur", - "S&P" hesab edir.
Agentlik vurğulayır ki, hökumət Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin nəzarət paketinə malikdir və 2017-ci ildə bankı restrukturizasiya edib və borcunun bir hissəsini öz üzərinə götürüb:
"Hökumət həmçinin ABB-nin balans dəyəri 10 milyard manata yaxın problemli kreditlərini dövlət zəmanəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyələşdirilən "AqrarKredit" dövlət bank olmayan kredit təşkilatına köçürüb.
Ümumi dövlət borcuna 9,5 milyard manat məbləğində dövlət zəmanətli "AqrarKredit"in kreditlərini daxil edirik."
Xatırladaq ki, Azərbaycanda 26 bank fəaliyyət göstərir. Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 milyard 371,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 % çoxdur.
Bank aktivlərinin 16 milyard 884,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son bir ildə sektorun kredit portfeli 25,1 % artıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 24,9 % artaraq 36 milyard 293 milyon manat, o cümlədən depozit portfeli 34,8 % artaraq 29 milyard 737,6 milyon manat təşkil edib.
Sektorun balans kapitalı 6,9 % artaraq 5 milyard 078,5 milyon manat təşkil edib.

Maliyyə     Tarix: 23 iyul 2022

Oxşar xəbərlər

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya