S&P Azərbaycanın kredit reytinqlərini təsdiqləyib
"S&P Global Reytinq" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində təsdiqləyib.
Bu barədə Agentlik məlumat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məlumata görə, reytinqlər üzrə proqnoz "sabit"dir.
"S&P" qeyd edib ki, Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən asılı olaraq qalır.
Agentlik "Brent" markalı neftin orta qiymətini 1 barel üçün 75 ABŞ dolları səviyyəsində proqnozlaşdırır. Bundan əlavə, "S&P" analitikləri Azərbaycanda əsas yataqlardan neft hasilatının daha da azalacağını proqnozlaşdırır.
Bununla əlaqədar agentlik Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı profisitinin azalacağını gözləyir.
"Bununla belə, Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) əhəmiyyətli likvid fiskal aktivlər toplayıb ki, bunlar da proqnozlarımıza görə 2024-cü ilin sonuna ümumi daxili məhsulun (ÜDM) təxminən 80 %-ni təşkil edəcək. Bu aktivlər ölkəni lazımi təhlükəsizlik yastığı ilə təmin etməlidir", - məlumatda vurğulanıb.
Stabil proqnoz neft hasilatının tədricən azalmasına baxmayaraq, Azərbaycanın əhəmiyyətli fiskal və xarici buferlərinin iqtisadiyyatı ticarət şərtlərində mümkün şoklardan qoruya biləcəyini əks etdirir.
"S&P" Azərbaycanın fiskal balansları orta müddətli perspektivdə onun gözlədiyindən əhəmiyyətli dərəcədə zəif olarsa, reytinqləri aşağı sala bilər. Bu, ölkədə neft hasilatı gözləniləndən daha sürətlə azalarsa baş verə bilər.
"Əgər Azərbaycan davamlı olaraq ikili fiskal və cari hesab profisitləri əldə etməyə davam edərsə və regionda geosiyasi risklər azalarsa, reytinqləri artıra bilərik", - S&P-nin açıqlamasında deyilir. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?