"S&P": "OPEC+" noyabrda gündəlik neft hasilatını 700 min barel azaldıb
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları noyabrda xam neft hasilatını sutkada 700 min barel azaldıb ki, bu da aprel ayından bəri ən kəskin aylıq azalmadır.
Bu barədə "S&P Global Commodity Insights"ın araşdırmasına istinadən xəbər verir.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 13 ölkəsi üzrə gündəlik neft hasilatı oktyabr ayı ilə müqayisədə 850 min barel azalaraq sutkada 28.87 milyon barel təşkil edib. "OPEC+" üzrə Rusiya və digər səkkiz müttəfiq noyabrda neft hasilatını 150 min barel artıraraq, 13.70 mln. barelə çatdırıb.
Qeyd olunur ki, noyab ayında "OPEC+" iştirakçısı olan Azərbaycanda gündəlik neft hasilatı 550 min barel təşkil edib, bu da kvota göstəricisindən (684 min barel) 134 min barel azdır.
Ümumi azalma, ittifaqın iqtisadi maneələrə qarşı çıxmaq üçün gündəlik neft hasilatı üzrə kvotaların 2 milyon barel azaldılmasını həyata keçirməsi ilə baş verib. Lakin Rusiya da daxil olmaqla bir çox üzvlər öz hədəflərini xeyli aşağı yerinə yetirdiyinə görə, faktiki azalma həmişə qoyulan kvotalardan aşağı olacaq.
Araşdırma onu göstərib ki, ittifaqın kvotaları ilə faktiki hasilat arasında fərq kifayət qədər böyük olaraq 1.89 mln. barel olub, lakin bu, oktyabr ayı ilə müqayisədə böyük irəliləyişdir. O zaman kəsir 3.273 mln. barel təşkil edirdi. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir