"Starbucks"ın bahalı lattesi artıq dəbdə deyil, rəqabətə dözmür - YÜZLƏRLƏ RESTORANI BAĞLANACAQ

Amerikanın qəhvə şəbəkəsi "Starbucks" 400 mağazasının bağlandığını və 900 nəfərin işdən çıxarıldığını elan edib.
3 manatdan 14 manatadək – Bakıda bir fincan kofe neçəyədir? – SİYAHI, QİYMƏTLƏR, ÜNVANLAR
FED.az biznes və iqtisadiyyat xəbərləri portalı xəbər verir ki, bu barədə şirkətin baş direktoru Brayan Nikkol bəyanat verib. "Starbucks" bu ay yüzlərlə mağazasını bağlayacaq ki, bu da onun ümumi sayının təxminən 1%-ni təşkil edir. İyunun sonunda şirkətin Şimali Amerikada 18 734 mağazası var idi və sentyabrın sonuna qədər şirkət mağazaların sayının 18 300-ə çatacağını bildirib", - baş direktor bildirib.
Şirkətdə zəif işləyən restoranların bağlanması satışların aşağtı düşməsi ilə bağlıdır. Rəqəmlər göstərir ki, "Starbucks"ın satışları ABŞ-da 6 rübdür ki, dayanmadan azalır – bu il yarımlik müddət deməkdir.
Satışların azalmasının ilk səbəbi şirkətinbahalı lattesinə marağın azalmasıdır. Bunun da səbəbi istehlakçıların daha qənaətcil olması və rəqabətin artmasıdır.
"Araşdırma zamanı biz aşkar etdik ki, elə qəhvəxanalar var ki, biz burada istədiyimiz mühiti yarada bilməyəcəyik. Eyni zamanda loazımi maliyyə nəticələri də görünmür", -deyə Nikkol öz əməkdaşlarına bildirib.
Nəticədə şirkət baş direktor Brayan Nikkolun rəhbərliyi ilə restrkuturizasiya aparır ki, artıq yüklərdən və işləməyən restoranlardan xilas olsun. Bu tədbirlər "Starbucks"a 1 milyard dollara başa gələcək, amma şirkət vəziyyəti düzəltmək üçün bu xərclərə hazırdır.
Bağlanan mağazaların arasında Sietldəki məşhur restoran da var. Bu restoran özünün ayrıca kofe qovurma qurğusunun olması ilə məşhurdur.
Baş direktor qeyd edib ki, qəhvəxanalar artıq "sosial həyatın qovşaqlarıdır və onlardan hər hansı birini bağlamaq çətindir". Amma onlar səmərəli işləmədiyinə görə, restoranları bağlamaq lazım olub.
Məsələ təkcə restoranların və mağazaların bağlanması ilə bitməyəcək. Paralel olaraq işçilər də ixtisar edilir və vakansiyalar bağlanır. Mağazaların bağlanması ilə yanaşı, Starbucks əlavə 900 nəfərin işdən çıxarıldığını da elan edib.
Şirkət indiyədək bununla bağlı həmkarlarla danışıqlar aparıb, "Starbucks"ın həmkarları 12 min nəfəri əhatə edir. Ötən il danışıqlar baş tutmadığına görə, işçilər mövsümüm ən qızğın çağında 3-4 gün işə çıxmayaraq şirkətə böyük zərər vurublar. 
Baş direktor Brayan Nikkol başqa şirkətlərdəki işində də optimallaşdırma tədbirləri ilə məşhurdur. Onun buradakı əsas işi investisiyaları artırmaq, qəhvəxana mühiti yaratmaq və idarəçi səviyyələrini ixtisar etməkdir, yəni rəhbər işçilərin sayını azaltmaq.
Ən böyük azalma şirkətin köməkçi qruplarında olacaq. Araşdırma göstərib ki, "Starbucks"da birbaşa köfe işi ilə əlaqəsi olmayan 10 minə yaxın adam çalışır, təbii ki, onların da sayının kəskin azalması gözlənilir.
Ümuiyyətlə indiyədək şirkətdə 1100 nəfər ixtisar edilib, əvəzində qalan işçilərin maaşı 2% artıb.
"Starbucks"dakı dəyişiklikləri diqqətlə izləyirlər, belə ki, son bir ildə "Starbucks"ın səhmləri 13,6 dollar və ya 14% ucuzlasaraq 83,8dollara enib. 

Biznes     Tarix: 26 sentyabr 2025

Oxşar xəbərlər

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin


iqtisadi xeberler bitcoin pul qazanmaq en son xeberler biznes krediti