"Starbucks"ın uğuru və ya hər bir kəsin bilməli olduğu hekayə

"Əgər sizdən qabaq heç kim bunu etməyibsə, bu, cəhd etməli olmadığınız demək deyil", – "Starbucks"ın CEO-su Hovard Şults. 
Niyə bu gün "Starbucks" haqqında danışacağıq? Çünki bəlkə də bu, hər bir menecerin, marketoloqun və strateqin bilməli olduğu nümunəvi keysdir. 40 ildə 6 qəhvəxana və 100 işçidən 38 000 qəhvəxana və 400 000 işçiyə qədər necə yüksəlmək olar? Rəqabətli mühitdə yeni bazar yaratmaq və min yaşı olan içkinin istehlak mədəniyyətini necə dəyişmək olar? Bütün bu sualların cavabını məqalədə tapacaqsınız.
Liderlik haqqında
Əlbəttə ki, "Starbucks"ın hekayəsi güclü lider olmadan yadda qalan olmazdı. Və belə lider Hovard Şultsdur.
Hovard Şults 1953-cü ildə Bruklin şəhərində orta məktəb təhsili olmayan yük maşını sürücüsü ailəsində anadan olub. Onlar ailədə 3 uşaq olub, ata tez-tez iş yerini dəyişirdi və eyni zamanda zəif insanlardan idi. Uşaqlıqdan Hovard uğursuzluqlara və məsuliyyətsizliyə dözümsüz idi. 1975-ci ildə o, kolleci bitirib və kommunikasiyalar üzrə bakalavr dərəcəsini alıb, 1976-cı ildə "Xerox"da işləməyə başlayıb, 1979-cu ildə "Hammarplast"a vitse-prezident  vəsifəsinə təyin olunub.
Yoxsul məhəllədə yaşamaq Şultsa xəyallara, əzmkarlığa və ehtirasa əsaslanan balanslaşdırılmış dəyər sistemi formalaşdırmağa imkan verib.
"Biznes və fərdiliyə olan ehtirasınızı itirmədən böyük bir şirkət qura bilərsiniz, lakin bu, yalnız mənfəət üçün deyil, insanlara və dəyərlərə yönəldildikdə mümkündür", – Şults deyir.
Starbucks-ın mənşəyi haqqında
Marketinq və brendə dəyər prinsiplərinə əsaslanan yanaşma lap əvvəldən olub: bu, insanların ruhunda əks-səda tapan, biznesin davamlılığını təmin edən çoxəsrlik qəhvə ənənələrinin mirasıdır. "Starbucks"ın H.Şultsdan əvvəlki missiyası insanlara dünya səviyyəli qəhvə içmək sevincini yaşatmaq idi.
Qeyd edək ki, "Starbucks"ın adı "Mobi Dik" romanının qəhrəmanının adından yaranıb. Qəhvə, romantizm, ilk qəhvə tacirləri, qravüralardan ilhamlanan təsvirdəki cazibədar siren – bütün bunlar "Starbucks"ın ilk loqosunun kəsb etdiyi mənalardır.
Hovard Şultsun ehtirası haqqında
Hovard Şults hələ "Hammarplast"da işləyərkən "Starbucks" haqqında öyrənir, Sietlə gəlir və "Starbucks"ın ideyalarının ona yaxın olduğunu anlayır. O, bu qəhvəxanaları milli miqyasda genişləndirmək üçün fürsət görür və "Starbucks"ın möhtəşəm qəhvə ilə sinonim olmağını qarşısına məqsəd qoyur. Nəticədə, Şults şirkətlə tanışlığından bir il sonra rəhbərliyi onu "Starbucks"da işə götürməyə inandırır.
Orada işlədiyi müddətdə Şults satıcıların müştərilərə qarşı təkəbbürünü müşahidə edir və hədəf auditoriyanı genişləndirməyə qərar verir. 1983-cü ildə H.Şults İtaliyaya səyahət edir və italyan qəhvəxanaları və espresso barlarının ab-havasına qərq olur, ziyarətçilərin rituallarını və ünsiyyətini müşahidə edir. Amerikada italyan qəhvəxanalarının mədəniyyətini yenidən yaratmaq ideyası ehtiras və xəyala çevrilir, çünki Amerikada o vaxtlar lattenin nə olduğunu belə bilmirdilər.
Uğur yalnız onu planlaşdıran insanların başına gəlir
"Starbucks"ın qurucuları H.Şultsun təklifini qəbul etmədilər və inkişafı qəhvə dənələrinin satışında görürdülər. Buna baxmayaraq, Şults təslim olmur və bir il sonra təsisçiləri yeni, 6-cı mağaza açmağa və espressonun satışına başlamağa inandırır. Nəticədə, satışlar 2 ayda 250-dən 400 fincan espressoya yüksəlir.
1985-ci ildə H.Şults "Starbucks"dan ayrılmaq qərarına gəlir.
O, 1.7 milyon dollar investisiya toplamaq üçün investor axtarışına başlayır. Səhmin başlanğıc qiyməti 0.92 dollar təşkil edirdi. Şults öz vəsaitlərini yatırır, çünki 242 potensial investordan 217-si axtarış ili ərzində ona "yox" cavabını verir. Bununla belə, H.Şults 30 investordan 1.65 milyon dollar məbləğində maliyyə vəsaiti tapır və 1986-cı ildə "IL Giornale" adlı ilk italyan tipli qəhvəxana açır.
"Yaxşı ideyanı və onun investisiya perspektivlərini necə qiymətləndirmək olar? Ən yaxşı ideyalar yeni düşüncə tərzi və ya ehtiyac yaradan ideyalardır. İdeyalar öz dövrünü qabaqlayır", – H.Şults. 
İşçilər haqqında
Müştəri xidməti – pərakəndə satışda ən vacib şeydir, lakin satış işçiləri əllərindən keçən hər dolların siması olsalar da, ən az maaş alanlar sırasındadırlar. "Starbucks" kadr xərclərini artırmaq, dövriyyəni azaltmaq, işə götürmə və təlim xərclərini kiçiltmək, işçilərin və nəticədə müştərilərin sədaqətini artırmaq məqsədi daşıyır.
Şults bu missiya ilə başlayır və onun formalaşmasına bütün işçiləri cəlb edir, tibbi xərclərin ödənilməsi proqramları və "qəhvə payları"nı tətbiq edir, burada hər bir işçi 6 aylıq işdən sonra əmək haqqının 12%-i həcmində opsion alır.
İnvestisiya və biznes haqqında
"Siz iki mərtəbəli ev üçün nəzərdə tutulmuş bünövrə üzərində yüz mərtəbəli göydələn tikə bilməzsiniz", – H.Şults. 
"Bəzən pul itirmək yaxşıdır. Eyni anda gəlir səviyyəsini saxlamaq və sürətli artım üçün zəruri zəmin yaratmaq mümkün deyil", – H.Şults.
1987-ci il – şirkət zərər çəkir və H.Şults direktorlar şurasını şirkətin inkişafına sərmayə qoymağın və milli genişlənmə üçün zəmin yaradılmasının zəruriliyinə inandırır:
təcrübəsi geniş miqyasda tələlərin qarşısını almağa kömək edəcək peşəkar menecerlər qrupunun cəlb edilməsi;
həddindən artıq tutumlu dünya səviyyəli qovurma zavodunun tikintisi;
yüzlərlə gələcək qəhvəxanada satışa nəzarət etmək üçün məlumat sisteminin işə salınması.
Menecment haqqında
Çoxları uğursuzluğa düçar olur və tez-tez eyni səhvə yol verir. Belə rəhbərlər səlahiyyət vermək istəmirlər, özlərini peşəkar, bacarıqlı insanlarla deyil, sadiq köməkçilərlə əhatə edirlər. H.Şults yaradıcı ideyaları və sahibkarlıq baxışını həyata keçirmək üçün proseslər, sistemlər, nizam-intizam və səmərəliliyin zəruri olduğu prinsipləri rəhbər tutaraq yalnız peşəkarları işə götürürdü.
Güzşətlər haqqında
Müştərilərinizi məmnun etmək üçün tam olaraq harada güzəştə gedə biləcəyinizi qərara almaq biznesdəki ən çətin problemlərdən biridir. 1980-ci illərin sonunda rəqabət artır: supermarketlər kofe dənələrinin dadları əlavə edilən yüksək keyfiyyətli qəhvə ilə dolur. İstehlakçılar yağsız süddən istifadəyə üstünlük verirlər. Bütün bunlar məhsulun keyfiyyətini və müştərini itirmək istəməyən "Starbucks" üçün çətinliklərdir.
Beləliklə, "Starbucks" satışların 50%-ni tutan yağsız südü seçir və şərbətli qəhvə satmağa başlayır.
İstehsal haqqında
"McDonald"s"dan fərqli olaraq, "Starbucks" yaşıl xam lobyadan fincana qədər istehsala nəzarət edən şaquli inteqrasiya olunmuş bir şirkətdir. Niyə? Cavab sadədir – qəhvə istehsaldan istehlaka qədər zəncirin istənilən mərhələsində xarab ola bilər ki, bu da "Starbucks" üçün qəbuledilməzdir və onların missiyasına və dəyərlərinə uyğun gəlmir.
1991-ci ildə "Strabucks" artıq 57 milyon dollarlıq satışa və 100-dən çox qəhvəxanaya sahib idi. 1992-ci ildə şirkət birjaya çıxdı, səhmlərin başlanğıc qiyməti bir səhm üçün 17 dollar idi, ticarətin əvvəlində isə 21 dollara yüksəldi, 3 aydan sonra "Starbucks"ın kapitallaşması 420 milyon dollar oldu.
Brend haqqında
"Starbucks"ın brend strategiyası reklam büdcəsinə deyil, dəyərlərə əsaslanır.
"Starbucks" öz bazarını genişləndirir, rəqiblərindən müştəriləri oğurlamır.
"Starbucks" brendə sədaqəti ənənəvi kanallarla (supermarketlər) deyil, öz qəhvəxanaları, şəxsi ünsiyyət vasitəsilə qurur.
"Starbucks" brendi – qəhvə, insanlar və qəhvəxanalardakı atmosferdir.
1995-ci ildə "Starbucks" brendi kimlik böhranı ilə üzləşir, çünki aşkar edir ki, onun rəqiblərdən heç bir fərqi yoxdur. Tədqiqat "Starbucks"ın korporativ, qayğısız, proqnozlaşdırıla bilən bir şirkətə çevrildiyini göstərir.
Uzun düşündükdən sonra "Starbucks" öz brendinin emosional faydalarını vurğulamaqla və çıxış imkanlarını genişləndirməklə gəncləri, gələcək istehlakçıları hədəf almağa başlayır.
"Starbucks"ın hesabatına görə, 2023-cü ildə qəhvəxanaların sayı 38 mindən çox olub, onların 51%-i Şimali Amerikadan kənarda fəaliyyət göstərir. Şəbəkənin ən çox təmsil olduğu ölkələr Çin, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Latın Amerikası, Türkiyə, İndoneziya və Tailanddır. Qəhvəxanaların gəlirlərinin 75%-i içkilərdən, 20%-i isə qidadan əldə olunur. 2023-cü ilin dekabr ayında şirkətin bir səhmi 100 dollara olub.
"Starbucks"ın hekayəsi – liderlik, uzaqgörmə, dəyərlər, müştərilərə və işçilərə, tərəfdaşlara və təchizatçılara xüsusi münasibət, hətta böyük bir korporasiya kontekstində sahibkarlıq ruhu haqqında hekayədir.
"Starbucks"ı fərqləndirən və hər bir işçiyə təşəbbüs göstərməyə imkan verən şey fərqli korporativ mədəniyyətidir. Ənənəvi satış kanalları ilə yanaşı, şirkət tərəfdaşlıqlar vasitəsilə yeni, bəzən görünməz paylama kanallarını inkişaf etdirir.
Təbii ki, coğrafi genişlənmə məhduddur, istehlakda yeni meyllər (ətraf mühitə uyğunluq, sağlam həyat tərzi, məsuliyyətli istehlak) "Starbucks"a təzyiq göstərəcək. Biz əminik ki, "Starbucks" dövrün tələbələrinə tez cavab verəcək və öz qəhvə həvəskarlarına yeni məhsullar təklif edəcək. / banker.az

Maraqlı     Tarix: 12 dekabr 2023

Oxşar xəbərlər

İki od arasında: Qazaxıstanın cəsarətli planı — yüksək texnologiyalı gələcək

Qazaxıstan Rusiya və Çin arasında yüksək texnologiyalı vasitəçi yolunu seçir və indi dünya investorlarını bu strategiyanın perspektivli olduğuna inandırmalıdır. Astana dünyanın ən qeyri-adi paytaxtlarından biridir. Orta Asiyanı

Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb

2025-ci ildə dövlət büdcəsindən Qarabağ Universitetinə 17 milyon manat məbləğində vəsait ayrılıb. Bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir. Sənəd Milli Məclisin İqtisad

Hindistanın kosmik inqilabı: startaplar qlobal yarışın qaydalarını dəyişir

Hindistanın dərin texnologiyalar sahəsində fəaliyyət göstərən startapları ölkənin kosmik ambisiyalarını dəyişdirir: dövlət Hindistanın qlobal kosmik yarışda strateji və iqtisadi mövqelərini gücləndirmək üçün özəl innovasiyalar

"Celt Tədris Mərkəzi" 25 illik uğur tarixini yeni rekordla davam etdirir: 300-dən çox məzun dünyanın aparıcı universitetlərinə qəbul olunub

Şirkət bu il də 100 faiz qəbul nəticəsi əldə edərək tələbələrini dünyanın nüfuzlu ali təhsil müəssisələrinə göndərib. Azərbaycanda xaricdə təhsil və akademik məsləhət xidmətləri sahəsində 25 illik təcrübəyə malik olan "Cel

Kevin Kelli: Süni intellekt hiperreal "mən"in ilk qığılcımıdır

Çat-bot hesab edir ki, bəşəriyyət təkbaşına dərk edə biləcəyindən daha çox mürəkkəblik yaratdığı üçün o meydana gəlib. Demək olar ki, hər həftə müxtəlif tanımadığım insanlardan elektron məktublar alıram. Bu mesajlar heyrətami

Steyblkoinlər puldurmu?

Tənzimləyicilərin vəzifəsi onları təkcə faydalı deyil, həm də təhlükəsiz etməkdir. Dərsliklərdə pul mübadilə vasitəsi, dəyərin saxlanılması üsulu və hesab vahidi kimi izah olunur. Real həyatda isə pul nəhəng etimad oyunudur

ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?

XXI əsrdə güc təkcə süni intellektdən deyil, dronların, biotexnologiyaların, kvant hesablamalarının və digər qabaqcıl texnologiyaların inkişafından da asılıdır. Üstəlik, nəyisə ixtira etmək bacarığı qədər onu böyük miqyasd

Kütləvi isteriya niyə asanlıqla yayılır və ona necə qarşı durmaq olar?

Alimlər bu fenomeni izah etmək üçün mənəvi panika nəzəriyyəsini irəli sürüblər. Mənəvi panika nədir?. Mənəvi panika, adətən, ictimai normalardan real və ya xəyali sapma nəticəsində yaranan kütləvi isteriyanın sürətlə yayılmasıdır

Prokrastinasiyaya qarşı "həb": Süni intellekt işə daha tez başlamağa kömək edir

Araşdırma göstərib ki, neyron şəbəkələrdən (yəni süni intellektdən) istifadə prokrastinasiyanı aradan qaldırmağa kömək edir və yeni layihə üzərində işə başlamaq qorxusunu azaldır. Süni intellekt tədricən yalnız müxtəlif tapşırıqları


iqtisadi xeberler leobank kart depozit faizleri bitkoin qiymeti biznes krediti