Strateji tərəfdaşlıq quruldu, səhmlər 38% yüksəldi

Strateji tərəfdaşlıq quruldu, səhmlər 38% yüksəldiÇip istehsalçısı Advanced Micro Devices (AMD) şirkətinin səhmləri, OpenAI ilə strateji tərəfdaşlıq qurduğunu elan etdikdən sonra 38 faizdən çox artıb.

Biznes.az xəbər verir ki, AMD bildirib ki, OpenAI-nin süni intellekt infrastrukturunu gücləndirmək üçün xüsusi prosessor çipləri təmin edəcək və ilkin quraşdırmalar 2026-cı ilin ikinci yarısında başlayacaq.
Şirkətlərin birgə açıqlamasına görə, AMD və OpenAI arasında strateji tərəfdaşlıq yaradılıb.

Açıqlamada bildirilib ki, OpenAI, uzunmüddətli müqavilə çərçivəsində 6 giqavatt gücə malik AMD çiplərindən istifadə edəcək.

Razılaşmaya əsasən, OpenAI əsas strateji hesablama gücü tərəfdaşı kimi AMD ilə əməkdaşlıq edəcək və AMD Instinct MI450 seriyalı çiplərin ilk 1 giqavattlıq quraşdırılması 2026-cı ilin ikinci yarısında başlayacaq.

Açıqlamada həmçinin qeyd olunub ki, bu tərəfdaşlıq hər iki şirkət üçün "qazan-qazan" vəziyyəti yaradacaq, böyük miqyaslı süni intellekt tətbiqlərini mümkün edəcək və bütün ekosistemin inkişafına töhfə verəcək.

Açıqlamada həmçinin bildirilib ki, strateji maraqları daha da uyğunlaşdırmaq məqsədilə, AMD şirkəti OpenAI-yə 160 milyon ədədə qədər AMD səhmini alma hüququ verib və bu hüquq müəyyən mərhələlərin tamamlanmasına əsasən tədricən qüvvəyə minəcək.

AMD səhmləri cümə günü 164,67 dollar qiymətlə bağlanıb, bu gün isə ticarət açılmadan öncə 38 faizdən çox artaraq 225,35 dollar səviyyəsində alınıb-satılıb.

Nvidia səhmləri isə artımını dayandıraraq 1,7 faiz azalıb.

AMD-nin baş direktoru Lisa Su, yeni razılaşma barədə açıqlamasında, "OpenAI ilə tərəfdaşlıq qurmaqdan həyəcan duyuruq" deyib.

OpenAI-nin baş direktoru Sam Altman isə bu tərəfdaşlığı "süni intellektin bütün potensialını reallaşdırmaq üçün tələb olunan hesablama gücünü yaratmaqda mühüm bir addım" kimi dəyərləndirib.
O bildirib ki, AMD-nin yüksək performanslı çiplər sahəsindəki liderliyi, OpenAI-nin texnologiyasını daha çox insana daha sürətli şəkildə çatdırmasına kömək edəcək.

Xəbərlər     Tarix: 07 oktyabr 2025

Oxşar xəbərlər

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto