Süfrə zeytunu ixracında rekord qırıldı
Türkiyə 2024–2025 mövsümündə süfrə zeytunu ixracından 255 milyon 310 min dollar gəlir əldə edərək, respublika tarixində ən yüksək gəlir səviyyəsinə çatıb. Ege İxracatçı Birliklərinin açıqlamasına görə, süfrə zeytunu ixracı 2023–2024 mövsümü ilə müqayisədə 22% artaraq 209 milyon dollardan 255 milyon 310 min dollara yüksəlib.
Biznes.az xəbər verir ki, miqdar baxımından isə süfrə zeytunu ixracı 100 min 884 ton təşkil edib və bu göstərici 2021–2022 mövsümündəki 109 min tonluq rekorddan sonra ən yüksək ikinci səviyyə olub.
Türkiyə, süfrə zeytunu istehsalında tarixində ilk dəfə dünya birincisi olub və 117 ölkəyə qara və yaşıl zeytun göndərib.
İxracatda önə çıxan ölkələr arasında qara zeytunda Almaniya, İraq və Rumıniya, yaşıl zeytunda isə İraq, Almaniya və Amerika Birləşmiş Ştatları yer alıb.
Açıqlamada fikirlərinə yer verilən Türkiyənin Ege Zeytun və Zeytun Yağı İxracatçıları Birliyinin sədri Emre Uygun bildirib ki, 2024–2025 mövsümünə 250 milyon dollarlıq hədəflə başladıqlarını qeyd edib. O deyib:
"Qara zeytun ixracımız 19% artaraq 162 milyon dollardan 194 milyon dollara yüksəldi. Yaşıl zeytun ixracımız isə 29% artaraq 47,5 milyon dollardan 61,4 milyon dollara çatdı. Beləliklə, hədəfimizi aşmağın qürurunu yaşayırıq".
Uygun, son günlərdəki yağıntıların zeytun məhsuldarlığını və keyfiyyətini artıracağına inandıqlarını bildirərək deyib:
"Dünya qiymətlərində gözlənilən toparlanmanı da nəzərə aldıqda, 2025–2026 mövsümündə süfrə zeytunu ixracında 300 milyon dollara çatmağı hədəfləyirik".

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Layihə menecmenti nədir?
İKEA şirkətinin tarixi
Biznes plan necə yazılır?
SMM nə deməkdir?
McDonalds haqqında maraqlı faktlar