Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb
2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla Sumqayıt Kimya Sənaye Parkının rezidentləri ümumilikdə təxminən 14,4 milyard manatlıq məhsul satıb.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı artıb
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun da 5,2 milyard manata yaxın hissəsi ixracın payına düşür.
Təkcə bu ilin I yarısında Parkda 1,1 milyard manatdan çox satış olub ki, bunun da 545 milyon manata yaxın hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac təqribən 20 %-ə yaxın artıb.
Son dövrlərdə kimya sənayesi məhsullarının istehsalında mühüm artım müşahidə olunur. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın kimya sənayesində istehsalın ümumu dəyəri 1 il əvvələ nisbətən 10,7 % artaraq 955 milyon manatı ötüb. Bu artımda Sumqayıt Kimya Sənaye Parkının xüsusi çəkisi var.
Parkın rezidentlərinə indiyə qədər 900-dən çox təsdiqedici sənəd verilib ki, bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaət ediblər.
Parkda investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunun 28-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən görülən işlərə indiyədək 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6 300-dən artıq daimi iş yeri yaradılıb.
Parkda istehsal edilən tikinti kimyəvilərinin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində də əhəmiyyətli uğurlar əldə edilib. Bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə "Made in Azerbaijan" brendi ilə ixrac olunub.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?