Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi yaradılıb - FOTO

Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi yaradılıb - FOTOSumqayıt şəhərində Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb.
KOBİA: İndiyədək 20 qadın sahibkara "Startap" şəhadətnaməsi verilib
FED.az xəbər verir ki, mərkəzdə həssas sosial qruplara aid şəxslərə ilkin mərhələdə dərzi peşəsi üzrə peşə bilikləri öyrədiləcək, eyni zamanda tekstil məhsulları istehsal olunacaq. Əmək bazarının tələblərinə uyğun olaraq mərkəzdə tədris olunacaq peşələrin sayının artırılması nəzərdə tutulur.
Mərkəz Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, "Azərsu" ASC, "Azərmaş" ASC, Bakı Mühəndislik Universiteti, "FORİELLA" MMC, "Ekvita", Bakı Tekstil Fabriki və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin dəstəyi ilə yaradılıb.
Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin dərzi peşəsi üzrə biliklərə yiyələnmələri üçün mərkəzdə lazımi şərait yaradılıb, müvafiq avadanlıqlarla təmin edilib. Mərkəzdə peşə biliklərinə yiyələnən şəxslərə mikro biznesə başlamaq üçün təlim, məsləhət və mentor dəstəyi də göstəriləcək.
Peşə və biznes təlimlərini uğurla başa vuracaq sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər sonrakı mərhələdə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin edilmələri üçün aidiyyəti qurumlarla əlaqələndiriləcək. Həmçinin, layihənin tərəfdaşları tərəfindən iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Peşə təlimlərini uğurla başa vuran şəxslərin həmçinin mərkəzdə işləmək imkanı da var.
Qeyd edək ki, Sumqayıt şəhərində yaradılmış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi sayca ikincidir. Bundan əvvəl müvafiq mərkəz Masallıda yaradılıb və uğurla fəaliyyətini davam etdirir. Mərkəzlərin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olmaqdır. Ölkənin digər şəhər və rayonlarında da belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Biznes     Tarix: 09 mart 2024

Oxşar xəbərlər

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə


iqtisadi xeberler pul qazanmaq rubl mezenne bank faizleri valyuta kurslari