"Süni intellekt bank dələduzluqlarının təxminən 0,01%-nin qarşısını alır"
"Azərbaycanın bank sektorunda dördüncü nəsil kibertəhlükələrin yaxın illərdə artacağı gözlənilir. Artıq dələduzluqlar təkcə kart oğurluğu və ATM-lərə quraşdırılan fiziki qurğularla məhdudlaşmır. Yeni dövrdə daha mürəkkəb və ağıllı ssenarilər tətbiq olunur".
Bunu Azərbaycan Beynəlxalq Bankının (ABB) antifrod (dələduzluğa qarşı) analitik komandasının rəhbəri Araz Həsənzadə Bakıda keçirilən "FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi"nin ikinci günündə deyib.
A.Həsənzadə qeyd edib ki, dələduzlar özlərini bank və ya polis əməkdaşı kimi təqdim edərək vətəndaşları aldatmağa çalışırlar:
"Əvvəl 500 əməliyyatdan sonra bloklama kimi sadə yanaşmalar kifayət edirdisə, hazırda banklar müştəri davranışına əsaslanan daha kompleks modellərə keçiblər. İndi müştərinin mobil bankçılıq, kart əməliyyatları və internet bankçılıq kimi müxtəlif platformalarda etdiyi əməliyyatlar birgə təhlil olunmalıdır".
O əlavə edib ki, süni intellekt dələduzluqların təxminən 0.01 %-nin qarşısını alır:
"Bu isə ay ərzində 100-200 hadisənin aşkar olunmasına imkan yaradır. Biz daha çox müştəri davranışına əsaslanan modellər tətbiq edirik.
Dördüncü nəsil kibertəhlükəsizlik texnologiyaları hələ Azərbaycanda tətbiq edilmir". / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?