Süni intellekt biznesdə rəqabətə səbəb olacaqmı?

Süni intellekt biznesdə rəqabətə səbəb olacaqmı?®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank"ın yüksək gəlirli şəxslərə xidmət göstərən "PASHA Private Banking" departamenti öz müştərilərinə sərvətin idarəolunması və investisiya məsləhəti xidmətlərini təqdim edir.
Düzgün investisiya məsləhəti təqdim edən komanda sayəsində bir çox müasir sahələrin investisiya məhsulları barədə yenilikləri əldə etmək, eləcə də bu sahələrə investisiya yatırmaqla uğurlu nəticələr qazanmaq mümkündür. 
"PASHA Private Banking" ekspertlərinin qlobal investisiya tədqiqatı və investisiya strategiyası üzrə beynəlxalq məsləhətçi qismində çıxış edən tanınmış  "BCA Research" şirkətinə istinadən hazırladığı hesabatı nəzərinizə çatdırırııq.
Süni intellekt investisiya aləmində daha çox rəqabət yaradacaqmı?
Bugünkü internet şirkətlərinin gəlirlərinin böyük hissəsi  onların yararlandığı kvazi-inhisar gücündən qaynaqlanır. "BCA Research" şirkətinin rəyinə görə, Süni intellektin əks təsirinin daha az deyil, daha çox rəqabət yaradacağı mümkündür.
1996-cı ildən etibarən İT sektorunda səhm üzrə satış "S&P 500" ilə müqayisədə 45%, səhm üzrə gəlir 112%, səhm üzrə qiymət isə 216% artıb. Beləliklə, İT səhmlərinin yüksək göstəricilərinin təxminən 80%-i seçilmiş şirkətlər qrupu arasında artan mənfəət marjası və investorların onlara təyin etdiyi daha yüksək gəlirlilik əmsalları ilə əlaqələndirilə bilər.
Süni intellekt oxşar inhisar gücü yaradacaqmı? Bu, hələ ki aydın deyil, çünki Süni intellektin biznesə daxil olması üçün böyük maneələr var. Onlardan biri dil modellərinin yaradılması, öyrədilməsi və işlədilməsi üçün böyük maliyyə xərclərinin olmasıdır.
Bəs "Google" kimi şirkətlər yeni nəsil Süni intellekt modellərini təqdim etməyə sərf etdikləri xərcləri geri qaytara biləcəkmi? Bu da hələ ki sual altındadır. 
Axtarış biznesinin maraqlı tərəflərindən biri ondadır ki, çox yaxşı işlədiyi üçün deyil, sadəcə yaxşı işlədiyi üçün gəlirlidir. Axtarış sistemindən Nyu-Yorkdan Hyustona necə gedə biləcəyinizi soruşsanız, o, sizə veb-saytların axtarış səhifəsində ilk sıralarda görünməsi üçün vəsait ödəmiş şirkətlərdən çoxlu linklər təqdim edəcək.
Bəs əgər Süni intellekt çatbotu səyahət etmək istədiyiniz tarix və vaxtda hansı aviaşirkətin ən aşağı qiymətə bilet təklif etdiyini dəqiq deyə bilsə idi, necə olardı? Əgər çatbot obyektiv cavab vermiş olsaydı, ən ucuz bilet təklif edən aviaşirkətin reklam etmək üçün heç bir stimulu olmayacaqdı. Belə ki, istənilən halda çatbotun seçəcəyi bilet onun bileti olacaqdı. Daha yüksək qiymətlər təklif edən aviaşirkətlər isə çatbot onları tövsiyə etməyəcəyi üçün reklama vəsait ayırmaqda maraqlı olmayacaqlardı.
Əlbəttə ki, çatbot obyektivlikdən uzaq olub, sadəcə reklam üçün pul ödəmiş aviaşirkəti tövsiyə edə bilərdi. Amma bu çox riskli məsələdir. Məsələn, "Instagram" və ya "Twitter"dən fərqli olaraq çatbotun dəyəri ondan nə qədər çox insanın istifadə etməsindən o qədər də asılı deyil. Beləliklə də, həddindən artıq qərəzli Süni intellekt platforması istifadəçilərinin daha həssas platformaya keçməsi ehtimalı yaranır.
Bu mövzu barədə daha ətraflı məlumat əldə etmək, eləcə də müasir sahələrə yatırımlarla bağlı konsultasiya almaq üçün *1230 ilə əlaqə saxlaya bilərsiniz.
Süni intellekt biznesdə rəqabətə səbəb olacaqmı?/ banker.az

Xəbərlər     Tarix: 11 avqust 2023

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler en son xeberler valyuta mezennesi dollar mezenne birbank