Süni intellekt dəstəkli yeni smartfonlar buraxılıb

Süni intellekt dəstəkli yeni smartfonlar buraxılıbSmartfonlar əsrində fotoşəkilləri təkmilləşdirmək üçün sürətli rəqəmsal redaktələr rəngləri artırmaqdan tutmuş işıq səviyyələrini dəyişməyə qədər bir çox funksiyaları yerinə yetirir. İndi süni intellekt (AI) ilə işləyən yeni smartfon alətləri fotoşəkil çəkməyin yeni üsullarını təklif edir.
"Google" şirkətinin keçən həftə buraxdığı ən son smartfonlar – "Pixel 8" və "Pixel 8 Pro" digər istehsalçıların cihazlarından daha mükəmməldir. Belə ki, fotoşəkillərdə insanların üz ifadələrini dəyişdirmək üçün süni intellektdən istifadə edilir. Yeni smartfonların "Best take" adlanan funksiyası ciddi və ya kədərli üz ifadəsini təbəssümlə əvəz edə bilir. Cihazlar, həmçinin istifadəçilərə insanlardan binalara qədər – fotoşəkildəki bütün arzuolunmaz elementləri silməyə, köçürməyə və ölçüsünü dəyişməyə imkan verir. "Magic Editor" adlanan tətbiq vasitəsilə geridə qalan boşluğu "doldurmaq" mümkündür. Bu yeni texnoloji tətbiq milyonlarla digər fotoşəkildən əldə edilən biliklərin istifadəsi və ətrafdakı piksellərin təhlili yolu ilə boşluğu hansı teksturaların doldurmalı olduğunu göstərən süni intellekt alqoritmindən istifadə edir. Eyni zamanda, bunun cihazda çəkilmiş şəkillər olması vacib deyil. "Pixel 8 Pro"dan istifadə edərək, "Google Foto" kitabxananızdakı istənilən fotoşəkilə "Magic Editor" və ya "Best Take" funksiyalarını tətbiq edə bilərsiniz.
"Google"un yeni süni intellekt texnologiyası texnoloji ekspertlər tərəfindən müxtəlif cür şərh edilib. Onu "qeyri-adi" ("The Verge") və "texniki radar" ("Tech Radar") adlandıran bəzi mütəxəssislər hesab edirlər ki, bu yenilik "insanların onlayn məzmunda etibarına ciddi təhlükə törətmək" potensialına malikdir.
Peşəkar fotoqraf və Cənubi Uels Universitetində jurnalistika üzrə baş müəllim olan Endryu Pirsal süni intellektlə manipulyasiyanın təhlükəli olması ilə razılaşıb. O deyib: ""Bir sadə manipulyasiya, hətta estetik səbəblərdən belə edilən dəyişiklik bizi qaranlıq bir yola apara bilər". Fotoqraf əlavə edib ki, süni intellektdən peşəkar kontekstlərdə istifadə edənlər üçün risklər daha böyükdür və hər kəs bu tətbiqdən istifadə edərkən çox diqqətli olmalıdır. "Biz sanki saxta və reallıqdan uzaq dünyanın cənginə keçirik", -deyə o vurğulayıb.
İstehsalçı şirkətin nümayəndəsi isə bildirib ki, onlar kameraların inkişafı prosesində etik normalara riayət olunmasına ciddi yanaşırlar.
Yaxın vaxtlarda "Samsung", "Apple" və digər şirkətlərin də rəqabət baxımından süni intellektdən istifadə edəcəyi gözlənilir. Çünki yeni cihazların çəkdiyi fotoşəkillər daha keyfiyyətlidir, eyni zamanda, hər kəsin görüntüsünü istədiyiniz formada dəyişmək mümkündür ki, bu, heç bir smartfon kamerasında yoxdur. / banker.az

Xəbərlər     Tarix: 23 oktyabr 2023

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb


iqtisadi xeberler iqtisadiyyat xeberleri bitkoin almaq valyuta mezennesi bitkoin