Süni intellektin real həyatimiza inteqrasiyasinin riskləri. Nə etmək lazımdir?

Süni intellektin real həyatimiza inteqrasiyasinin riskləri. Nə etmək lazımdir?Daha əvvəl Süni intellekt (AI), ChatGPT və onun inkişaf edən versiyaları barədə araşdırmalarımızda bəhs etmişdik. Süni intellektin (AI) və süni intellektdən istifadə edən böyük şirkətlərin bu sahəyə nəzarət edən etik komanda saxlama kimi tələbləri olmalıdır. Həm də etik komandanı dövlətlər də qorumalıdır. Böyük şirkətlərin etik komandasında işləyən işçiləri öz şirkətləri həqiqəti gizlətməyə məcbur edə bilər. Ona görə də, etik komandalar dövlətin dəstəyini yanlarında hiss etsələr daha düzgün olar.
Şirkətlərin öz məqsələrinə çatmaq üçün, etik komanda işçilərini işdən çıxarmaqla bağlı məhdudiyyəti olmalıdır. Dövlətin əlaqədar orqanı qarşısında buna görə cavabdehlik daşımalıdır. Bəlkə də dünyadakı qanunvericilik və Venesiya Konvensiyası hələlik buna hazır deyil. Amma artıq vaxtı çatmışdır. Həyəcan təbilini çalmaq lazımdır. Sahəyə nəzarət effektivliyi üçün Etik komandaların təşkili və onlara paralelel olaraq dövlət nəzarəti çox əhəmiyyətlidir. Süni intellektin gücünü əlində saxlayanlar balanssız güc əldə edəcəkdir. Artıq müəyyən narahat məqamlar özünü biruzə verir. Bunlar hələ işıq üzü görən məlumatlardır. Görünməyən bir çox tərəfinin olması da şübhəsizdir.
Bir neçə gün öncə müxtəlif xəbər saytlarında olan məlumatlarda yazıldı ki, sən demə bəzi məqalə, kitab satan saytlardan ChatGPT məqalə və kitabları pulsuz əldə edirmiş. Hətta pullu kitab linklərini süni intellektə təqdim edən istifadəçilər, elektron məqaləni, kitabı pulsuz ələ edə bilirlərmiş. Belə başa düşmək olar ki, Süni İntellekt (AI) öz istifadəçisini razı salmaq üçün hakerlik edirmiş.
Belə ki, OpenAI Microsoft Bing ilə olan müqaviləsinə əsasən ChatGPT internet əsaslı axtarışlar edə bilirdi. ChatGPT Plus-un bu xüsusiyyətdən istifadə edən üzvlər süni intellektdən ödənişli link və PDF-ləri oxumasını tələb edirmiş. Süni intellekt də mətnləri onlarla paylaşırmış. Bu hadisədən sonra OpenAI Bing-lə olan bəzi xüsusiyyətləri dayandırdı. Ona görə ki, ChatGPT Bing ilə axtarış xüsusiyyətlərindən istifadə edərək, pullu mətnləri ChatGPT Plus olan üzvləri ilə paylaşdığı üzə çıxdı. Xəbər saytına istinadən bildirilir ki, OpenAI bəzi hallarda söhbət botuna istifadəçilər URL göndərərək, əslində pullu olan tam mətn istəyiblər. Bu halda ChatGPT tam mətni paylaşdığı pullu, məqalə və kitab saytlarının təhlükəsizlik divarlarını aşdığı bilirilir. Firkrimcə, istisna deyil ki, həmin saytların da təhlükəsizliklə bağlı bəzi boşluqları olub. Əks halda bu mümkün olmaya bilər. Bu bir daha onu göstərir ki, pullu online xidmət verən saytlar öz təhlükəsizliklərini yüksək səviyyədə qorumalıdır. Online ödəniş qəbul edən saytlar təhlükəsizlik testlərindən və Auitdən keçirmədən xidmətə buraxılmamalıdır.
OpenAI 3 iyul 2023 tarixindən məzmun sahiblərinə haqlarını vermək üçün, problemi həll edənə qədər Bing ilə bəzi parametrləri dayandırdı.
Fikrimcə bu məsələ hələ davam edəcək və məhkəmələr çoxalacaqdır.
Müəllif: Ekspert Bəhruz Əliyev / banker.az

Xəbərlər     Tarix: 12 iyul 2023

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb


iqtisadi xeberler valyuta mezennesi biznes krediti iqtisadiyyat xeberleri leobank kart