Süni intellektin yaradıcıları onun təhlükəsini pandemiya və nüvə müharibəsi ilə müqayisə ediblər
Süni intellektin inkişafı üzrə liderlər, "OpenAI", "Google Deepmind", "Anthropic" və digər şirkətlər bu texnologiyanın gələcəkdə bəşəriyyət üçün ölümcül təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Banker.az bu barədə The Bell nəşrinə istinadən xəbər verir.
Onların fikrincə, AI-nin tətbiqi ilə bağlı risklərin azaldılması pandemiya və nüvə müharibəsi kimi digər sosial risklərlə birlikdə qlobal prioritet olmalıdır.
Açıq məktub 350-dən çox AI lideri, tədqiqatçı, mühəndis və digər peşəkarlar tərəfindən imzalanıb. Onların arasında ən böyük şirkətlərin top menecerləri var: "OpenAI"nin baş direktoru Sem Altman, "Google DeepMind"in həmtəsisçisi Demis Hassabis və "Anthropic"in baş direktoru Dario Amodei. Mayın əvvəlində onlar süni intellektin tənzimlənməsini müzakirə etmək üçün Co Bayden və ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşüblər.
"OpenAI" şirkəti ChatGPT süni intellekt çat-botunun yaradıcısı kimi tanınır. "Google DeepMind" isə "Alphabet Inc"in bir bölməsidir.
"Anthropic" 2021-ci ildə "OpenAI"nin keçmiş tədqiqat direktoru Dario Amodey tərəfindən şirkəti tərk edən digər işçilərlə birlikdə təsis edilib. Startap bu ilin yanvar ayında "Claude" çat-botunu təqdim edib.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Dünyanın ən zəngin idmançıları
SMM nə deməkdir?
SWIFT nədir?
Kriptovalyuta nədir və necə alınır?
İKEA şirkətinin tarixi