Suriyada saxlanılan 12 Azərbaycan vətəndaşı Vətənə gətirildi

Suriyada saxlanılan 12 Azərbaycan vətəndaşı Vətənə gətirildiSentyabrın 10-da Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Onlar arasındakı 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib.
Bu barədə KONKRET.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, repatriantların ölkəyə gətirilməsi Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində reallaşıb. Əvvəlcə onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə ərazisindən tranzit keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının daxil olduğu işçi qrupun Türkiyəyə ezam edilmiş nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamə"ləri və uçuş biletləri ilə təmin edilib.
Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə və qəyyumlarına təhvil veriləcək. Azərbaycan hökuməti tərəfindən onların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycanın aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti, habelə Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək bu prosesin təşkilində effektiv və səmərəli əməkdaşlığa görə bütün aidiyyəti dövlət qurumlarına öz təşəkkürünü bildirir.
Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkələrdə çətin vəziyyətdə düşmüş və yardıma ehtiyacı olan Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Xəbərlər     Tarix: 10 sentyabr 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin qiymeti birbank