Tabaterra və JTİ şirkətləri arasında qlobal siqaret brendlərinin Gürcüstana ixracı barədə razılıq əldə olunub

Tabaterra və JTİ şirkətləri arasında qlobal siqaret brendlərinin Gürcüstana ixracı barədə razılıq əldə olunub(®) Dünyanın qabaqcıl tütün məmulatları istehsalçısı olan Japan Tobacco International (JTİ) və Tabaterra QSC arasında JTİ şirkətinin qlobal brendlərinin Azərbaycanda istehsal olunaraq Gürcüstana ixrac edilməsi üçün razılaşma əldə edilib.
Strateji tərəfdaşlıq çərçivəsində JTİ şirkətinə məxsus Gürcüstanda satılan Sobranie, Winston və Camel kimi dünyaca məşhur brendlər artıq Tabaterra tərəfindən Azərbaycanda istehsal olunacaq.
"Biz JTİ şirkəti ilə qlobal brendlərin istehsalı, o cümlədən də ixracı ilə bağlı tərəfdaşlığımızdan çox məmnunuq. Imzalamış olduğumuz ixrac sazişi Tabaterranın beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar istehsal etdiyinin bariz nümunəsidir. Bu bizim beynəlxalq istehsalçı kimi mövqeyimizi möhkəmləndirməklə yanaşı ixrac imkanlarımızı daha da genişləndirir. Sözügedən ixrac sazişi Azərbaycan iqtisadiyyatına, eləcə də ölkəmizdə yerli istehsala əhəmiyyətli töhvə verəcək. Belə ki, bu razılaşma ölkəmizə illik olaraq 13 milyon ABŞ dolları civarında valyuta axınını təmin edəcək" -  Tabaterra QSC-nin Direktoru Elman Cavanşir bildirib.
"Tabaterra QSC ilə imzaladığımız ixrac razılaşması JTİ şirkəti üçün Gürcüstan bazarında mövqeyimizin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Biznes tərəfdaşımız olan Tabaterra-nın təcrübəsinə və istehsal imkanlarına əmin olaraq, biz Sobranie, Winston və Camel kimi dünyəvi brendlərimizi Azərbaycanda istehsal etməklə onların daha qısa zaman kəsiyində gürcü istehlakçıları üçün əlçatanlığını təmin edəcəyik. İmzalamış olduğumuz ixrac sazişi Azərbaycan və Gürcüstan arasında olan ticarət dövriyyəsinin artmasına öz töhvəsini verəcək" -  JTİ-nin Belarus və Qafqaz regionu üzrə Baş Direktoru Sergey Buksa deyib.
Tabaterra QSC istehsal etdiyi məhsulların keyfiyyət parametrlərinə görə JTİ şirkəti ilə müqavilə və lisenziya əsasında əməkdaşlıq edən beynəlxalq fabriklər arasında daima lider mövqe tutur. Bu nailiyyət Tabaterra-nın davamlı olaraq yüksək keyfiyyət və istehsal standartlarına sadiqliyinin göstəricisidir.
Şirkət haqqında:
"Tabaterra" QSC 17 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçmişdir və öz məhsulları ilə yanaşı, Japan Tobacco International, British American Tobacco və Imperial Tobacco Group kimi şirkətlərin lisenziyası əsasında müxtəlif adda beynəlxalq tütün məmulatları istehsal edir.
JTI 130-dan çox ölkədə fəaliyyət göstərən beynəlxalq tütün və vapinq şirkətidir. Şirkət tütün məmulatlarının geniş çeşidinin istehsalı və marketinqinə fokuslanıb. Şirkətin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. JTI, Sobranie, Winston, Camel, LD, Logic və Ploom kimi məşhur brendlərin sahibidir.
Tabaterra və JTİ şirkətləri arasında qlobal siqaret brendlərinin Gürcüstana ixracı barədə razılıq əldə olunub/ marja.az

Maliyyə     Tarix: 07 iyul 2023

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler depozit faizleri dollarin kursu bu gun dollar manat kursu bitkoin qiymeti