Taleh Kazımovdan qərar: Bu avtomobillərin kreditlə ilkin ödənişi 10-20 faiz olacaq

Taleh Kazımovdan qərar: Bu avtomobillərin kreditlə ilkin ödənişi 10-20 faiz olacaqElektromobilin dəyərinin 90%-ni, hibrid avtomobilin dəyərinin isə 80%-ni kreditlə ödəmək mümkün oldu.
Mərkəzi Bankın sədri Taleh Kazımov "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"nı təsdiq edib. Qaydalara görə, yeni elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20% olacaq. Ənənəvi yanacaqlar ilə çalışan yeni avtomobill alınan zaman isə ilkin ödəniş 40% olaraq saxlanılır.
Qayda ilə bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarları müəyyən edilib. Avtomobil krediti ayrılan zaman kreditin təminata olan nisbəti (KTN əmsalı) tətbiq ediləcək. KTN əmsalı - kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır. Avtomobil kreditlərində KTN əmsalının hesablanmasında kredit üzrə yalnız əsas borc nəzərə alınır.
Qaydaya görə, bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı (ayrılacaq kreditin nisbəti) aşağıdakılardan artıq olmamalıdır:
- qiymətindən asılı olmayaraq elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 3 il və ya ondan az olduqda - KTN əmsalı (ayrılacaq kreditin nisbəti) 90%, 3 ildən çox olduqda isə – KTN əmsalı 60%;
- qiymətindən asılı olmayaraq hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 80%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 3 ildən çox olduqda isə – KTN əmsalı 50%;
- Digər (yuxarıdakı iki bəndə aid olmayan) avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 50%, 3 ildən çox olduqda isə – KTN əmsalı 40%.
Yeni Qayda qüvvəyə minənədək bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunmuşdu:
-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır;
-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
- avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
Beləliklə, Qaydalar elektrik mühərrikli və hibrid mühərrikli avtomobillər üzrə də kreditin rəsmiləşdirilməsi şərtlərini müəyyən edir. Belə ki, elektrik mühərrikli avtomobilin yaşı 3 il və ya ondan az olduqda kreditlə alış zamanı ilkin ödəniş minimum 10%, 3 ildən çox olduqda isə ilkin ödəniş minimum 40% təşkil edəcəkdir. Hibrid mühərrikli avtomobillər üzrə minimal ilkin ödəniş nəqliyyat vasitəsinin yaşı 1 il və ya ondan az olduqda 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% olacaqdır.
Elektrikli və hibrid olmayan avtomobillər üzrə minimal ilkin ödəniş onun yaşı 1 il və ya ondan az olduqda 40%, 1-3 il olduqda 50%, 3 ildən çox olduqda isə 60% müəyyən olunub.

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler rubl mezenne en son xeberler bitkoin almaq iqtisadiyyat xeberleri