"Tarqovı"da küçə zəbt edilib? - AÇIQLAMA
Bakıda "Tarqovı" kimi tanınan ərazidə (Nizami küçəsi) piyadaların istifadəsi üçün nəzərdə tutulan yol restoran tərəfindən zəbt olunub.
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - Rəsmi açıqlama
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və müzakirə yaradıb.
Fotoda piyadalaşmış küçədə fəaliyyət göstərən iaşə obyektlərinin açıq terraslarının vətəndaşların hərəkət sahəsini məhdudlaşdırdığı görünür.
"Piyada zonasındakı son tikilməmiş sahə də yəqin ki, tezliklə hərracda satılacaq. Ondan sonra isə yeni mərhələyə keçəcəyik - damların üstü ilə hərəkət edəcəyik", - istifadəçilərdən biri paylaşımda qeyd edib.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
"Sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi aidiyyəti qurumun müvafiq icazə sənədi əsasında mövsümi ticarət fəaliyyəti göstərir. Əlavə olaraq qeyd edirik ki, görülmüş müvafiq tədbirlər nəticəsində gül dibçəkləri ilə zəbt edilmiş ərazi əvvəlki vəziyyətinə qaytarılıb".

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?