Təhsildən kənarda qalan uşaqlar

Təhsildən kənarda qalan uşaqlarUşaqların təhsildən kənarda qalması problemi Azərbaycanın sosial inkişaf gündəliyində mühüm yer tutur. Cəmiyyətin gələcək intellektual və iqtisadi potensialı birbaşa erkən yaş dövründə uşaqlara göstərilən diqqət və təhsil imkanları ilə ölçülür. 
Bu yazıda təhsil idarəetməsi üzrə ekspert Rasif Dünyamalıyev tərəfindən Azərbaycan üzrə 1–6 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi rəsmi statistika əsasında təhlil edilir, mövcud disbalansın səbəblərinə və nəticələrinə diqqət yetirilir.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Demoqrafik mənzərə
Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar ayına olan məlumatına görə, Azərbaycanda 18 yaşınadək şəxslərin ümumi sayı 2 milyon 633 min nəfərdir. Onlardan 1 milyon 402 min 200-ü kişi, 1 milyon 230 min 800-ü qadındır. Cinslər arasında müşahidə olunan fərq hamiləliyə müdaxilə hallarının nəticəsi kimi qiymətləndirilir.
1–5 yaşlı uşaqların sayını müəyyən etmək üçün 2019–2023-cü illərdə doğulan uşaqların sayı nəzərdən keçirilib:
2019 – 141 179
2020 – 126 571
2021 – 112 284
2022 – 128 846
2023 – 112 620
Toplam: 615 500 uşaq
Bu rəqəmlər ölkədə məktəbəqədər təhsil yaşında olan uşaqların real miqyasını göstərir.
Məktəbəqədər təhsilin hüquqi və institusional əsasları
Azərbaycan Respublikasının Təhsil Qanunu və Məktəbəqədər Təhsil Qanununa əsasən, təhsil prosesi məktəbəqədər pillədən başlayır və 1–6 yaş dövrünü əhatə edir. Bu mərhələ uşağın intellektual, fiziki və psixi inkişafını təmin etməklə yanaşı, sosiallaşma, əmək vərdişləri, istedadın aşkarlanması və estetik zövqün formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.
Lakin mövcud statistika göstərir ki, bu prinsiplərin reallaşması üçün təhsil infrastrukturu kifayət qədər güclü deyil.
Məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti
Ölkə üzrə dövlət uşaq bağçalarının sayı 1700, burada 109 897 uşaq təhsilə cəlb olunub.
Özəl bağçaların sayı 157, bu müəssisələrdə 6 400 uşaq təhsil alır.
Beləliklə, cəmi 1 857 uşaq bağçasında 116 300 uşaq məktəbəqədər təhsilə cəlb olunub.
Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təlim qrupları yaradılıb. Hazırda bu qrupların sayı 939, orada isə 16 300 uşaq gündəlik 2–3 saatlıq təlimə cəlb olunur. Nazirlik bu modelin əhatə dairəsini hər il artırmağa çalışır.
Ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbə hazırlıq siniflərində isə 87 200 uşaq təhsil alır.
Toplam rəqəmlər belədir:
Uşaq bağçaları – 116 300 uşaq
İcma əsaslı qruplar – 16 300 uşaq
Məktəbə hazırlıq sinifləri – 87 200 uşaq
 Cəmi: 219 800 uşaq
Alternativ layihələr də nəzərə alınsa, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 225 000 nəfəri keçmir, yəni ümumi 615 000 uşaqdan cəmi 36,6%-i.
Əgər məktəbə hazırlıq sinifləri məktəbəqədər təhsil kimi hesab edilməzsə, bu göstərici daha da azalır — təxminən 22,4%-ə, yəni 137 800 uşağa düşür.
Təhsildən kənarda qalan uşaqlar
Bu göstəricilərə əsasən, 615 000 1–6 yaşlı uşaqdan təxminən 390 000-i heç bir formal təhsil prosesinə cəlb olunmur. Bu, deməkdir ki, ölkədə hər üç uşaqdan ikisi məktəbəqədər təhsil sistemindən kənarda qalır.
Dövlət bu uşaqlarla ilk təmas nöqtəsini yalnız 5 yaşdan sonra – məktəbə hazırlıq mərhələsində əldə edir. Nəticədə həmin uşaqlar öz yaşıdlarına nisbətən 3–4 il geridə sosial və intellektual inkişaf nümayiş etdirirlər.
Məktəbəqədər təhsil uşağın formalaşmasında təməl mərhələdir və onun gələcək təhsil həyatının keyfiyyətinə birbaşa təsir göstərir. Azərbaycanda bu sahədə görülən işlərə baxmayaraq, statistik göstəricilər uşaqların böyük bir hissəsinin hələ də təhsil sisteminə inteqrasiya olunmadığını göstərir.
Bu vəziyyət yalnız təhsil deyil, həm də sosial bərabərlik və insan kapitalının inkişafı baxımından strateji problemdir. Məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, regionlarda əlçatanlığın artırılması və ailələrin maarifləndirilməsi bu boşluğu aradan qaldırmaq üçün əsas istiqamətlər olmalıdır. / marja.az

Maraqlı     Tarix: 04 noyabr 2025

Oxşar xəbərlər

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

"Celt Tədris Mərkəzi" 25 illik uğur tarixini yeni rekordla davam etdirir: 300-dən çox məzun dünyanın aparıcı universitetlərinə qəbul olunub

Şirkət bu il də 100 faiz qəbul nəticəsi əldə edərək tələbələrini dünyanın nüfuzlu ali təhsil müəssisələrinə göndərib. Azərbaycanda xaricdə təhsil və akademik məsləhət xidmətləri sahəsində 25 illik təcrübəyə malik olan "Cel

150 milyon barel: Çin dünya neft bazarını qiymət kollapsından necə səssizcə xilas etdi

OPEC-i unudun. Bu gün neft bazarında əsas qərarları Çin Kommunist Partiyası verir. İrandakı müharibə tarixdə ən böyük neft təklifi böhranına səbəb oldu. Bununla belə, döyüşlərin ən gərgin dövründə belə neftin qiyməti münaqişəni

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Süni intellektlə bağlı hamının diqqətdən qaçırdığı qiyamət ssenarisi

İqtisadiyyatı əməyin vergiyə cəlb olunmasına əsaslanan hökumətlər iş yerlərinin xeyli azalacağı dünyaya tab gətirməyə bilər. Dekabrın soyuq bir cümə axşamı günü maliyyə və texnologiya sahələrindən 50 ekspert Vaşinqtonda

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?

XXI əsrdə güc təkcə süni intellektdən deyil, dronların, biotexnologiyaların, kvant hesablamalarının və digər qabaqcıl texnologiyaların inkişafından da asılıdır. Üstəlik, nəyisə ixtira etmək bacarığı qədər onu böyük miqyasd


iqtisadi xeberler bitkoin almaq bitkoin qiymeti bitcoin dollar kursu