Telcon şirkətinin Təsisçisi və Texnik Direktoru Azər Həmzəyevin müsahibəsi gündəm oldu

Telcon şirkətinin Təsisçisi və Texnik Direktoru Azər Həmzəyevin müsahibəsi gündəm olduTelcon şirkətinin Təsisçisi və Texnik Direktoru Azər Həmzəyevin müsahibəsini təqdim edirik.

Azər müəllim, qısaca olaraq, Telcon-un fəaliyyəti nədən ibarətdi?

Telcon MMC 2010-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərən IT şirkətidir. Əsas fəaliyyətimiz təhlükəsizlik və nəzarət həlləri üzrə ixtisaslaşıb. Buraya videomüşahidə, yanğından mühafizə, giriş-çıxışa nəzarət və həmçinin günəş panellərindən istifadə etməklə alternativ enerji sistemlərinin satışı, quraşdırılması və onların texniki xidməti aiddir. Qlobal brend olan Dahua Technology şirkətinin 14 ildir ki Azərbaycandakı rəsmi distribütoruyuq.

Bu yalnız B2B sahədir yoxsa həmçinin B2C aiddir?

Xeyr, hər ikisinə aiddir. Bizim həm fiziki, həm də online dükanımız var və oradan əhaliyə bir başa satış həyata keçirilir. Amma, strateji olaraq Telcon daha çox B2B seqmentini hədəf alıb.

Hədəf alıb deyəndə nəyi nəzərdə tutursunuz?

Yəni bizim komandamız irihəcimli lahiyələrin icrasında peşəkarlaşıb. Telcon olaraq 14 ildə ərzində dövlət və özəl şirkətlərin təhlükəsizlik sistemlərini qurmuşuq. Bizim xidmətlərimiz bəllidir və konkret bir istiqamət üzərinə qurulub.

Hansı lahiyələrdən danışırsınız? Ən önəmli olanları sadalaya bilərsiniz?

Bizim üçün bütün lahiyələr önəmlidir. Amma ən yadda qalanlarını deyə bilərəm. "SOCAR POLYMER", "AZGRANATA" şirkətlərinin müəssisələrində, "Holiday INN Baku" və "Winter Park" otellərində, "AZƏRPOÇT" baş binasında videomüşahidə sistemlərinin layihələndirilməsi, "Seba med", "İnvestisiya Holdinq", "AFB Bank" kimi müxtəlif sektorlarda fəaliyyət göstərən müştərilərimiz üçün, turniket tipli keçid nəzarət sistemlərinin quraşdırılması və s. iri və strateji layihələrimiz çox olub ( gülür)

Bunlar hamısı istehsalat əraziləri və bina tipli layihələrdir. Amma səhv etmirəmsə İT şirkətlər, xüsusən də videomüşahidə sistemləri ilə məşğul olanlar, pərakəndə sektorunda aktiv çalışırlar.

Bəli, düz vurğuladınız. Bakının məşhur pərakəndə şirkətləri bizim müştərilərimiz siyahısındadır. McDonalds, Soliton, Zəfəran aptek şəbəkələri. Bu şirkətlərin əksəriyyəti bizə təşəkkür məktubu də təqdim edib, bizi digər şirkət və qurumlara tövsiyə edirlər. Biz bununla fəxr edirik. Bu kiçik iş deyil. Çünki tövsiyə edən şirkətlər, kifayət qədər böyük nüfuza sahibdirlər.

Telcon 14 il ərzində hansı məqsədlərinə çata bilib?

Əslində bir çoxuna çatıb. Amma məncə, ən önəmliləri bunlardır.
Birincisi, müxtəlif tapşırıqları effektiv həll edə bilən peşəkar əməkdaşlardan ibarət güclü bir komanda yaratmaqdır. Bunun sayəsində, müştərilər və tərəfdaşlarla etibarlı əlaqələr qurmuşuq, öz sahəmizdə etibarlı və bacarıqlı icraçı kimi nüfuzumuzu təsdiqləmişik.
İkincisi, yeniliklərin tətbiqidir. Biz yalnız texnoloji tendensiyaları izləmirik; müştərilərimizə ən müasir və effektiv sistemləri təklif etmək məqsədilə həmişə bir addım öndə olmağa çalışırıq. Bu, bizim yalnız müştərilərin cari ehtiyaclarını qarşılamağa deyil, həm də gələcək təhlükəsizlik tələblərini proqnozlaşdıraraq onların uzun illər boyu etibarlı qorunmasını təmin etməyə kömək edir.

- Təşəkkür edirik, Azər müəllim. Sonda demək istədiyiniz.

Telcon şirkəti B2B sektorunda təhlükəsizlik və nəzarət sistemlərinin birbaşa təchizatı, satışı və quraşdırılmasını həyata keçirir. Bizim peşəkar komandamız 14 il ərzində fərqli sektorlarda irili, xırdalı 3000-ə yaxın yaxın layihə həyata keçirib. Əgər şirkətlər əmlaklarının və əməkdaşlarının təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün peşəkar partnyor axtarırlarsa, ürək rahatlığı ilə Telcona müraciət edə bilərlər.

Biznes     Tarix: 12 mart 2024

Oxşar xəbərlər

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə


iqtisadi xeberler pul qazanmaq rubl mezenne bank faizleri valyuta kurslari