Tesla satışları rekord həddə çatıb
Tesla, ABŞ-da federal vergi güzəştlərinin müddəti başa çatmazdan əvvəl istehlakçıların elektrikli avtomobil alımlarını sürətləndirməsi nəticəsində rüblük satışlarda rekord səviyyəyə çatıb.
Biznes.az xəbər verir ki, şirkət, üçüncü rübdə dünya üzrə 497 min 99 avtomobil təhvil verərək ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% artım əldə edib. Bu göstərici, Bloomberg sorğusundakı 439 min 600 ədədlik orta proqnozu əhəmiyyətli dərəcədə üstələyib.
Tesla uzun müddətdir durğun olan satışlarını yenidən canlandırmağa çalışır. Lakin köhnəlmiş məhsul çeşidi, artan rəqabət və elektrikli avtomobillərə göstərilən siyasi dəstəyin azalması şirkət üçün çətinliklər yaradır. CEO Elon Musk-ın ilin əvvəlində Prezident Donald Trampla yaxın əməkdaşlıq etməsi də bəzi istehlakçıların narazılığına səbəb olub.
Bütün bunlara baxmayaraq, investorlar ilin ilk yarısındakı aşağı satışları nəzərə almadan Musk-ın pilotsuz avtomobillər, süni intellekt və robot texnologiyaları sahəsindəki artım vədlərinə diqqət yetirirlər.
Tesla-nın səhmləri sentyabr ayında 33% artaraq 2025-ci ilin ən güclü aylıq göstəricisini qeydə aldı və ilin əvvəlindəki itkilərini kompensasiya etdi.
Bundan əlavə, elektrikli avtomobil satışları 7 min 500 dollara qədər olan federal vergi kreditinin başa çatmaq üzrə olması səbəbilə dəstəkləndi.
Model 3 və Model Y satışları 481 min 166 ədədə çataraq illik müqayisədə 9,4% artım göstərdi. Bunun əksinə olaraq, Model S, Model X və Cybertruck satışları 30% azalıb. Tesla, satışları dəstəkləyəcəyi gözlənilən daha münasib qiymətli Model Y versiyası üçün dəqiq bir cədvəl açıqlamayıb. Şirkət rəhbərləri, istehsalın iyun ayında başladığını, lakin təqdimatın ilin son rübünə təxirə salındığını və istehsal gücünün gözləniləndən daha yavaş artacağını bildiriblər.
Tesla-nın üçüncü rübdə ümumi istehsalı 447 min 450 ədəd olub. Bazar gözləntisi isə 450 min 313 ədəd idi.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?