Teslanın satışı Avropada azalsa da Türkiyədə rekord həddə çatıb

Teslanın satışı Avropada azalsa da Türkiyədə rekord həddə çatıbTeslanın Avropadakı satışları avqust ayında keçən illə müqayisədə 36,6 faiz azalıb. Bu, Tesla-nın Avropada satışlarının ardıcıl səkkizinci ayı idi.

Biznes.az xəbər verir ki,Teslanın Türkiyədəki satışları avqust ayında bütün Avropadakı satışları üstələyib.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar-avqust ayları üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb. Buna uyğun olaraq amerikalı milyarder İlon Maska məxsus Tesla satışları Aİ ölkələrində azalmağa davam edib.

Ötən ilin avqustunda 12 966 ədəd olan Tesla satışları bu ilin eyni dövründə 8 220 ədədə düşüb. Bu, ötən illə müqayisədə, avqust ayında Aİ bazarında Tesla satışlarının 36,6% azalması deməkdir.
Avqust ayında AB-də ümumi yeni avtomobil satışlarında markanın payı da 2 faizdən 1,2 faizə düşüb.

Yanvar-avqust ayları arasında Teslanın Aİ ölkələrində satışları keçən ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz azalıb.
Avropa Azad Ticarət Assosiasiyasına və Avropa İttifaqına üzv ölkələr - İsveçrə, Norveç, İslandiya və Böyük Britaniyada ümumi Tesla satışları avqust ayında keçən ilin eyni ayına nisbətən 22,5 faiz azalaraq 14 min 831 ədədə, yanvar-avqust dövründə isə 32,6 faiz azalaraq 133 min 85 ədədə düşüb.

Maskın ABŞ prezidenti Donald Trampla son əməkdaşlığı, mübahisəli davranışı və Avropa ölkələrində ifrat sağçı siyasətçilərə açıq dəstəyi avropalıların şirkətdən uzaqlaşmasına səbəb olub.

Türkiyədə Tesla avqust ayında 8750 avtomobil satıb. Bu rəqəm markanın Türkiyədəki satışlarının bütün Avropadan daha yüksək olması deməkdir.

Teslanın Türkiyədəki satışı ilin ilk səkkiz ayında 25 756 ədəd olaraq qeydə alınıb.

Ötən il Tesla Türkiyədə 4552 avtomobil satmışdı. Tesla-nın 2024-cü ilin avqust ayında satışları təxminən 1050 ədəd idi.

Biznes     Tarix: 26 sentyabr 2025

Oxşar xəbərlər

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd


iqtisadi xeberler bu gunun xeberleri bitcoin qiymeti biznes ideyalari biznes qurmaq