Tezliklə ChatGPT internetdə alış-veriş edə və "PowerPoint" təqdimatları yarada biləcək
"OpenAI" şirkəti özünün ChatGPT platforması üçün yeni funksiya istifadəyə verib. Bu funksiya çatbotun onlayn alış-veriş və təqdimatların qaralama variantlarını hazırlamaq kimi mürəkkəb tapşırıqları yerinə yetirməsinə imkan yaradır.
Xarici media xəbər verir ki, "ChatGPT agent" adlanan bu funksiya birbaşa yayımlanan tədbir zamanı təqdim olunub və hazırda Pro, Plus və Team abunəçiləri üçün əlçatandır.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
"OpenAI" artıq bu yay korporativ və təhsil sahəsindəki müştərilər üçün də bu funksiyanın əlçatan olacağını planlaşdırır.
Bu alət "OpenAI"nin əvvəlki "Operator" və "Deep Research" xidmətlərinin funksiyalarını birləşdirir. O, çatbota internetdə axtarış aparmaq, mətn daxil etmək, klikləmək və ətraflı onlayn araşdırmalar aparmaq imkanı verir.
Şirkətin məlumatına görə, agentdə risklərin azaldılması üçün tədbirlər, məsələn, maliyyə və ya hüquqi tapşırıqları yerinə yetirməkdən imtina və alış-veriş kimi müəyyən hərəkətlər üçün istifadəçidən icazə tələb olunması nəzərdə tutulub.
© Azərtac / marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes təlimlər və tədris üsulları
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları